azia.az
azia.az

Özbəkistan prezidenti iğtişaşlar baş verən şəhərə getdi

2-07-2022, 20:06

Özbəkistan prezidenti iğtişaşlar baş verən şəhərə getdi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşlar baş verən Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukusa gedib. Xəbər verilir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Bildirilib ki, prezident təyyarəsindən başqa, daha bir hökumət təyyarəsi də Nukusa uçub. Qeyd edək ki, Qaraqalpaq Özbəkistanın tərkibində muxtar respublikadır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən həftə Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumunun keçirilməsi təklifi ilə çıxış edib.
Yeni layihədə Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin də Konstitusiyadan çıxarılması təklif edilir. Qaraqalpaqlar bu maddənin Konstitusiyadan çıxarılmasına etiraz məqsədilə iyulun 1-də etiraz aksiyası keçiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi