azia.az
azia.az

"Heç kim heç yeri tərk etmir, hamı ayaqdadır" - Ukraynadakı azərbaycanlılar danışır

25-02-2022, 12:38

"Heç kim heç yeri tərk etmir, hamı ayaqdadır" - Ukraynadakı azərbaycanlılar danışır
Dünən səhərdən Rusiya və Ukrayna arasında müharibə başlayıb. Ukraynanın müxtəlif vilayətlərindən Rusiyanın hücuma keçdiyi bildirlir.

Ukraynadakı son vəziyyətlə bağlı Azərbaycanın Odessadakı diasporunun liderlərindən biri olan Anar Ağayev və Kiyevdə yaşayan jurnalist İdrak Camalbəyli Lent.az-a danışıb.
"Heç kim heç yeri tərk etmir, hamı ayaqdadır" - Ukraynadakı azərbaycanlılar danışır
İdrak Camalbəyli:

"Hazırda Kiyevdə sakitlikdir. Hücum səhər saat 5-dən başlayıb. Ruslar əvvəlcə qurudan hücum etmək istəsələr də, alınmadı və hava hücumu etdilər. Hücum Donbas, Kiyev və Çerniqov istiqamətdə gedir. Mən dünəndən bu günə tək 1 dəfə partlayış səsi eşitmişəm. Həyat öz axarında davam edir. Düzdü, insanlar arasında təbii ki qorxanlar var. Yaşlılar, uşaqlar Qərbə çıxıb gedirlər. Amma əhali demək olar ki, Kiyevi tərk etməyib, getməyəcək də. İndi Kiyevdə mənzilimin eyvanında dayanmışam və həyat öz axarında davam edir".

İdrak bəyin dediyinə görə, mülki əhaliyə heç kəs silah paylamır:

"Kim ki, hərbi mülkiyyəti olanlar üçün silahlar hazırlanıb. Rusiya mediasında çox dezinformasiya yayılır. Onlara inanmaq lazım deyil".

Anar Ağayev:

"Bu səhər Odessanın 3-4 yerinə bomba atılıb. Hələlik sakitlikdi. Tək problem insanların ərzaq almasında və apteklərdə növbə yaratmasındadı. Amma insanlar küçələrdə gəzir, uşaqlar oynayır, baxın, mən də küçədə kofe içirəm".

O qeyd edir ki, cəbhə xəttindən həyəcanlı xəbərlər gəlməyə davam edir:

"Xarkov vilayətindən, Kiyevdən və Odessanın cənubundan. Xerson istiqamətində bir şəhərin alındığı deyilir. Amma bu da tam dəqiq məlumat deyil. Ukrayna ordusunu zəif hesab etməyin. Xalqı da ayaqdadı və qələbə Ukraynanındı".
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi