3 ölkənin Rusiyaya qarşı ittifaqı... - Zaxarova
Onlar bu məqsəd barədə nə qədər fantaziya qursalar da, hədəfləri göz qabağındadır
Ukrayna, Polşa və Böyük Britaniya arasında üçtərəfli ittifaqın yaradılmasının əsl məqsədi təxribatdır.
Xəbər verilir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.
“Siz başa düşürsünüz ki, kiməsə qarşı istənilən ittifaq məhvə məhkumdur? Çünki məntiq var, tarixi təcrübə var. Onlar bu məqsəd barədə nə qədər fantaziya qursalar da, hədəfləri göz qabağındadır - təxribat”, - Zaxarova bildirib.
Qeyd edək ki, Vladimir Zelenski Ukrayna, Polşa və Böyük Britaniya arasında yeni əməkdaşlıq formatının yaradılacağını bildirib, lakin təfərrüatını açıqlamayıb.My Webpage