azia.az
azia.az

Rusiyalı həmsədr Yerevana gedəcək

2-09-2021, 19:56

Rusiyalı həmsədr Yerevana gedəcək
ATƏT-in Minsk qrupunun yeni rusiyalı həmsədri İqor Xovayev yaxın zamanda Ermənistana səfər edəcək.

Azia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi birifinqdə deyib.
"Hazırda ATƏT-in Minsq qrupunun yeni rusiyalı həmsədri İqor Xovayev regional səfərdədir. Artıq Azərbaycan rəhbərliyi ilə danışıqlar aparıb və oxşar təmaslar Yerevanda da gözlənilir”, - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva ATƏT-in Minsk qrupunun Qarabağ nizamlanması üzrə işinin mövcud mandat əsasında intensivləşdirilməsini dəstəkləyir:

"Həmsədrlər Bakı ilə Yerevan arasında etimad səviyyəsinin artmasına, eləcə də siyasi mövzuların müzakirəsinə keçid kimi xidmət edəcək humanitar məsələlərin həllinə töhfə verə bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi