azia.az
azia.az

Apelyasiya şikayəti hansı hallarda geri qaytarılır?

9-09-2021, 10:42

Apelyasiya şikayəti hansı hallarda geri qaytarılır?
Apelyasiya şikayəti geri qaytarılma halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş müvafiq maddə ilə tənzimlənir.

E-huquq.az xəbər verir ki, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:

Apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa;

Apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;

Apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;

Apelyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa.

Apelyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.

Apelyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.

Mülki Prosessual Məcəllənin müvafiq maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apelyasiya şikayəti ilə müraciət edə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi