Düşməni əlacsız qoyan PLAN - Azərbaycanın yeni MƏQSƏDİ...
Faktiki olaraq Ermənistanın kapitulyasiya aktı hesab edilən 10 noyabr üçtərəfli bəyanatı ilə Azərbaycan nəinki regionda, eləcə də Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi vəziyyət yaratmaqla bölgənin kommunikasiya və logistika imkanlarını genişləndirmək, uzunmüddətli təhlükəsizliyi və sülhü təmin etmək üçün böyük imkanlar yaratdı. Postkonflikt dövrünün reallıqlarından çıxış edən Azərbaycan hər kəs üçün faydalı, layiqli gələcəyin qurulması naminə inamla addımlamaq üçün təhlükəsizliyinə təhdid yaradan bir sıra riskləri dəf etmək məqsədilə əməli-praktiki fəaliyyətinə elə müharibənin bitdiyi ilk günlərdən start verdi.
Tez-tez diplomatik korpus nümayəndələrinin, dünyanın beyin mərkəzlərinin, əcnəbi jurnalistlərin işğaldan azad edilən ərazilərə səfərlərinin təşkili Azərbaycanın postkonflikt dövründə sərgilədiyi vacib həmlələr hesab edilə bilər. Belə səfərlərdən növbətisi elə bu gün təşkil ediləcək. Yenə diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri gözlənilir. Amma ondan öncə diplomatlar Füzulidə yeni hava limanının tikintisi ilə tanış olacaqlar.
İşğaldan azad edilən ərazilərdə infrastrukturun tez bir zamanda qurulması, bərpa və quruculuq işlərinin sürətlə həyatat keçirilməsi üçün rəsmi Bakı bütün imkanlarını səfərbər edib. Həmin ərazilərdə tikintisinə başlanılan hava limanları da olduqca böyük əhəmiyyətə malikdirlər. Bu baxımdan 30 il erməni işğalında qalan ərazilərdə aviasiyasının inkişaf etdirilməsi istiqamətində atılan addımları bir neçə aspektdən mühüm hesab etmək olar:
I. Bölgədə tikinti-bərpa işlərinin sürətləndirilməsi
II. Turizm
III. Təhlükəsizlik
Cəmi 6 ay bundan əvvəl təməli qoyulan Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam etdirilir. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iyunun 14-də rayona səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olarkən bir daha bunun şahidi olduq. Füzuli Beynəlxalq Hava Limanında sentyabrın 5-də birinci sınaq uçuşunun yerinə yetiriləcəyinin planlaşdırılması Azərbaycanın postkonflikt dövründə işğaldan azad olunan ərazilərlə bağlı prioritet istiqamətlərinin müəyyən edilməsi baxımından olduqca vacib hadisə olacaq.
Tikintisi sürətlə davam etdirilən Füzuli Beynəlxalq Hava Limanının ardınca yaxın gələcəkdə Zəngilan rayonunda və Laçında yeni hava limanının tikintisinə start veriləcək ki, bu, Azərbaycan aviasiyasının əhəmiyyətini daha da üst qata qaldıracaq. Belə qısa bir zamanda işğaldan azad edilən ərazilərdə bir-birinin ardınca beynəlxalq hava limanlarının inşasına başlanılması Azərbaycanın gələcək planlarının mərkəzində dayanan əsas məsələdir.
Heç şübhəsiz ki, Prezident İlham Əliyevin vaxtında Azərbaycan aviasiyasının inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər sonrakı dövrdə mürəkkəb məsələlərin həlli üçün şərait yaratdı. Ölkədə yeni hava limanları inşa edildi, aviapark yeniləndi, nəticədə müasir aviasiya infrastrukturu yaradıldı. Nəticədə biz bu şəraitdən 44 günlük Vətən müharibəsi zamanı yararlanmaq imkanı əldə etdik. Belə ki, düşmənin 30 il ərzində qurduğu bir neçə eşalonluq müdafiə istehkamlarını məhv etmək üçün silah-sursat daşınması ilə yanaşı savaşın ən diqqət çəkən silahlarından olan PUA-lardan intensiv istifadənin və hərbi aviasiyanın fəaliyyəti məqsədilə əlverişli şərait təmin edildi. Göründüyü kimi, bu gün işğaldan azad edilmiş ərazilərdə 3 hava limanının tikintisinə başlanılması da məhz yuxarıda sadaladığım kimi, ölkəmizin turizm, kommersiya potensialının inkişaf etdirilməsində əhəmiyyətli rol oynamaqla yanaşı Azərbaycanı gələcək təhdidlərdən qorumaq məqsədi ilə də çox zamanında atılmış qərardır. Prezident İlham Əliyevin vaxtında uzaqgörənliklə həyata keçirdiyi milli aviasiya infrastrukturunun inkişaf etdirilməsi istiqamətində gördüyü tədbirlər, ölkəmizin qarşısında duran mühüm məsələlərin həllində önəmli rol oynadı və gələcəkdə də heç şübhəsiz oynayacaqdır.
Dövlət başçısının vaxtında Azərbaycan aviasiyasının inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin bəhrəsini biz bütün dünyanın aciz qaldığı pandemiya zamanı gördük. Belə ki, pandemiya dövründə bir çox ölkələr daşımalardan əziyyət çəkdiyi, testlərin, dərmanların, vaksinlətin alınıb daşınması ilə bağlı xarici şirkətlərin təqdim etdiyi qiymətlərin ən yüksək səviyyəyə qalxdığı bir vaxtda Azərbaycan öz imkanlarından istifadə etdi və milli aviasiya bütün bu məsələlərin öhdəsindən uğurla gəlməyi bacardı.
Azərbaycan aviasiyasının işğaldan azad edilən ərazilərdə inkişaf etdirilməsi eyni zamanda bölgənin inkişafında əhəmiyyətli rol oynayacaq. Daha dəqiq desək, Dağlıq Qarabağ ərazisi paytaxt Bakıdan uzaqda yerləşdiyindən bu ərazilərdə sürətli bərpa işlərinin aparılması üçün daşınmaların həyata keçirilməsində bu hava limanlarının xüsusi rolu olacaq. Bundan başqa, Füzulidə yeni hava limanı ilk növbədə ölkənin turizm sektorunun inkişafına təsir edəcək. Azərbaycanın turizm potensialı kifayət qədər yüksəkdir və Qarabağda yeni turizm mərkəzlərinin açılması ölkə üçün faydalı olacaq. Hava limanı bölgənin turizm potensialını və xüsusən Qarabağın incisi olan Şuşanın potensialını açacaq. Bu nəqliyyat infrastrukturu bölgənin iqtisadi və maddi-texniki inkişafına imkan vərəcəkdir.
Aviasiyamızın inkişafı, Beynəlxalq Hava Limanlarının inşası dirçəliş planımızın bir hissəsidir. Çünki bu hava limanları Qarabağa açılan əsas qapı olacaq