azia.az
azia.az

Antiperspirantınız bitibsə, narahat olmayın! - Əlinizin altındakılarla tər iyindən qurtulma yolları

10-11-2018, 10:08


Azia.az təqdim edir. Antiperspirantınız qəfildən qurtarsa, narahat olmayın. Onu əvəzləmək üçün əlinizin altında bir çox məhsullar var. Özü də dükanda satılanlardan qat-qat ucuz...

Medicina.az sizə tər dezodorantını əvəzləyə biləcək qarışımları təqdim edir:

İnsanlar hər gün evdən çıxarkən tər əleyhinə vasitələrdən istifadə edirlər. Bunun sayəsində gün boyu tər səbəbindən yaranan pis iyin və narahatlıq hissinin qarşısı alınır.

Qoltuq üçün nəzərdə tutulan tərdən qoruyucu vasitələri bir sıra təbii məhsullarla da əvəzləmək mümkündür.

Bu məqsdlə istifadə edilə bilən ən yaxşı vasitə çay sodası hesab olunur. İstifadə etmək üçün bir miqdar sodanı qaynar suda həll edin. Salfeti suda isladaraq qoltuğunuzu silin. Bu məhlul gün boyu həmin nahiyədə bakteriyaların artımının qarşısını alır.

Hazırladığınız soda məhluluna bir neçə damcı lavanda və ya portağal yağı əlavə etsəniz, nəticə daha da effektiv olacaq.

Tər iyindən yaxa qurtarmaq məqsədilə limon suyundan və ya alma sirkəsindən də istifadə etmək olar. Hər iki maddəni salfet vasitəsilə qoltuğunuza sürtün.

Eyni məqsədlə nanə dəmləməsindən də istifadə etmək olar. Pambığı nanə dəmlənməsinə batırın, hər səhər və axşam tərləyən yerlərinizi onunla silin. Məhlulun xoş ətri tər iyinin qarşısını alacaq.

Tər iyindən xilas olmaq üçün bir sıra kosmetik və efir yağlarından da istifadə etmək mümkündür. Bu məqsədlə badam, lavanda, çay ağacı, portağal yağlarından istifadə etmək daha məqsədəuyğundur.

Qeyd edək ki, yuxarıda sadalanan vasitələri hamiləlik zamanı qətiyyən tətbiq etmək olmaz!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi