Azia.az-n araşdırma qrupu “Sağlam canla gələcəyə” devzi altında “Aptek”lərdə və bəzi xəstəxanalarda araşdırmaya starat verdi. Son vaxtlar bəzi dərman firmalarının respublikamıza saxta dərmanlar gətirməsi və bəzi qurumların xüsusi əməliyyatla belə halların qarşısını alması barədə məlumat yayılmışdır. Qeyd edək ki, bizim araşdırma qrupu da “Sağlam canla gələcəyə” şüarı altında “Aptek” və bəzi xəstəxanalarda jurnalist araşdırması aparmaqda davam edir. Məlumdur ki, dərman vasitələri hazırlanmasının, sınaqdan çıxarılmasının, istehsalının, saxlanmasının, idxalının, ixracının və satışının hüquqi, iqtisadi və təşkilati əsasları və Azərbaycan Respublikası ərazisində əczaçılıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin dərman vasitələri ilə davranışı dövlət tərəfindən qanunvericiliklə tənzimlənir.
Düzdür, araşdırma nəticəsində bəzi firmalar haqqında ciddi ittihamlar səsləndirilsə də bir neçəsi barədə ağız dolusu “əla”dır deyənlər çoxluq təşkil etmişdir. Bu firmalardan “Novator” PHARMA-nın adının xüsusilə qeyd etmək yerinə düşər. Bildirilir ki, “Novator Pharma” Respublikanın əczaçılıq bazarına gətirdiyi və gətirəcəyi məhsulların keyfiyyətinin zəmanətçisi olduğuna, peşəkar ali təhsilli əczaçı və həkimlərdən təşkil olunmuş kollektiv ilə öz fəaliyyətində “minimum qiymət və maksimum keyfiyyət” prinispini əsas tutduğuna , Azərbaycanın əczaçılıq bazarına yalnız dünya standartlarına cavab verən və xüsusi laboratoriyalarda sınanılmış məhsullar gətirdiyinə görə bu firma ilə əməkdaşlıqdan məmnunuq. Bunları nəzərə alan Azia.az araşdırma qrupu dünya standartlarına cavab verən bu firmanın baş meneceri Şahmir Yadigarovu Fəxri diplomla təltif edir. Uğurlarınız bol olsun.