azia.az
azia.az

Azərbaycanda həkim yoxdur!?- Araşdırma

1-07-2017, 13:21

Azərbaycanda həkim yoxdur!?- Araşdırma



Azərbaycan səhiyyəsi haqqında davamlı olaraq insanlar tərəfindən mənfi fikirlər yürüdülməkdədir. Təbii ki, haqlı olaraq insanlar həkimlərin məsuliyyətsizliyindən və səriştəsizliyindən gileylənirlər. Yalnış diaqnoz, məsuliyyətsiz yanaşma nəticəsində demək olar ki, hər gün insan həyatını itirir. Belə olduqda xəstə yaxınları səhiyyə barəsində mənfi düşüncəyə sahib olur, gələcəkdə xəstə olan yaxınlarını hansısa həkimə etibar etməkdən belə çəkinir.
________________________________
Sağ ayaq əvəzinə sol ayağı kəsilən yaşlı xəstənin, günahsız yerə iki körpə balası anasız qalan bir tanınmış insanın, həkim səhvinin qurbanı olan digər xəstələrin yaxınlarında səhiyyəmiz haqında hansı müsbət fikirlər formalaşa bilər ki... ?

Xəstəsinin xəstəliyindən əvvəl cibiylə maraqlanan, bəzən də qarşısındakını incitməkdən zövq alan qaniçən həkimlərin olduğu bir ölkədə həkimlərə və səhiyyəyə qarşı münasibət əlbəttə ki yaxşı olmayacaq...

Halbuki, qururunun oduna yaşı da yandırmaq olmaz. Azərbaycanda tanımadığımız nə qədər gözəl, savadlı, məsuliyyətli həkimlərimiz var. Sadəcə onlarla qarşılaşmaq bir qismət, bəxtdir ki, hər birimizə ya qismət olmur, ya da gec tanımış oluruq.
Bacardığımız qədər araşdırma apardıq ki, insanlara hələ də etibar edə biləcəyi həkimlərimizi tanıdaq.

Azərbaycanda həkim yoxdur!?- AraşdırmaBelə həkimlərimizdən biri OMD xəstəxanasının dosenti Aynur Poluxovadır.

ETPİ Yenidoğulanların patologiyası şöbəsinin dosenti, pediatr Aynur Poluxova işinə məsuliyyətlə yanaşan, hər bir xəstəsinə ayırmağa vaxt tapan, onunla hətta iş saatı bitdikdən sonra belə maraqlanan, xəstəsinin müalicəyə verdiyi ən kiçik müsbət cavaba görə, keçirdiyi sevinc hissini gizlədə bilməyən, təmənna ummadan müalicə edən bir həkim və gözəl insandır.
Bir çox həkimlərin yaşama şansının olmadığını dediyi ən ağır xəstə uşaqlar Aynur xanımın apardığı müalicə nəticəsində sağalıb və normal həyatına davam edib.
"Ən böyük uğurum xəstəmin sağalmasıdır", "ən böyük qiymətim xəstə yaxınının təşəkkürüdür"- deyə düşünə biləcək nə qədər həkim var görəsən?!

Azərbaycanda həkim yoxdur!?- AraşdırmaNövbəti araşdırmamız bir cərrah haqqında oldu:

Mərkəzi Klinikanın uşaq uzmanı cərrahı Fuad Hüseynov barəsində araşdırma apardıqdan sonra artıq “Çarəsizlik”, “Ümidsizlik”, “Yaxşı həkim yoxdur” anlayışlarının sanki bizim əsrə aid olmadığı qərarına gəldik. Fuad Hüseynovun saysız körpələrin həyatını anında xilas etmısi, bir çox professor və həkimlərin yalnış müayinə və müalicəsi nəticəsində həyatı risklə qarşılaşan uşaqların həyatını xilas etməsi, doğrudan da bizdə üzüntü qədər də qürur hissi yaratdı. Deməli, hələ də etibar edəcəyimiz həkimlərimiz var. Sadəcə onları tanımaq lazımdır. DR. Fuad Hüseynovun gördüyü işlərə qısa nəzər:
Uşaq cərrahiyyəsi və urologiyası uzmanı Dr.Fuad Hüseynov tərəfindən yarımçıq doğulmuş 1800 qr körpə üzərində cərrahi əməliyyat icra edilmişdir.
Xəstəyə Qastroduodenal anastamozun qoyulması (Mədənin 12 barmaq bağırsağa tikilməsi) əməliyyatı müvəfəqiyyətlə icra edilmişdir
6 aylıq Uşağın həm sol böyrək ləyənində çoxsaylı daşlar,həm də böyrək ləyəninin sidik axarına keçən hissəsində darlığa bağlı Sol tərəfli 3 -cü dərəcəli Hidronefrozu (Böyrək şişməsi) mövcud idi..
Cərrahi əməliyyatla həm daşlar ,həm də dar hissə çıxarılaraq sidik axarı böyrək ləyəninə tikilərək sidiyin asanlıqla axması təmin edildi..
Bətndaxili Ultrasəs müayinəsində Sağ tərəfli hidronefroz (böyrəyin şişməsi)görülən xəstədə doğumdan sonra da hidronefrozun davam etməsi və təqib sırasında hidronefrozun şiddətlənməsi səbəbiylə Azərbaycanda tanınmış Uşaq Uroloji Klinikalarından birinə baş vurmuşdu. Həmin mərkəzdə aparılmış USM sonrası Sağ Ureteropelvik birləşmə darlığı (UPD) Böyrək ləyən sidik axarı birləşməsində darlıq diaqnozu qoyulmuş,xəstə yaxınlarına böyrəyin itirilməsi riski olduğu deyilmiş.Uşağın 1 aylıq olması səbəb gətirilərək (tikişlər tutmaz ) perkutan nefrostomi kateter taxılması əməliyyatı icra edilmişdir və xəstənin 1 il bu vəziyyətdə təqib edilməsi məsləhət görülmüşdür.Kontrol USM -də genişlənmə olmadığı deyilmişdir.
Xəstə yaxınlarının istəyi ilə körpə Mərkəzi Klinikada müayinə olub .Mövcud olan nefrostomasından kontrast maddə verilərək ləyən sistemindən sidik axarına keçişin qətiyyən olmadığı görüldü. Xəstənin yaşından asılı olmayaraq bütün dünyada qəti göstəriş olduqdan sonra əməliyyat olunmasında bir əks göstərişi olmayan Dismembered Anderson Hynes pyeloplastikası və Pelvik reduksiyon və JJ Stent taxılması (Böyrək ləyəninin sidik axarına keçən hissəsindəki darlığın çıxarılması və böyrək ləyəninin sidik axarına tikilməsi)əməliyyatı icra edildi.Əməliyyat zamanı böyrək ləyən sisteminin şiddətli genişlənməsi nəzərə çarpırdı. Nefrostoma ləğv edildi. Hal hazırda xəstə stabildir, normal uşaqlar kimi həyatına davam edir.
Bunlar Dr.Fuad Hüseynov və Günel Əmiraslanovanın uğurlarının sadəcə bir neçəsidir. Onları tanıdıqca hər kəs xəstəsinin etibarlı əllərdə olduğuna əmin olacaq...

Azərbaycanda həkim yoxdur!?- AraşdırmaAraşdırmamız zamanı daha bir gözəl həkim tanıdıq.

Oksigen Klinik xəstəxanasında çalışan cərrah Cahid Şahbazov. O, savadlı olduğu qədər də böyük ürək sahibi və gözəl insandır. Yalnız sosial şəbəkə vasitəsilə tanıdığı təşkilatçı bir xanımın- Vəfa Sərdar Səfərovanın xahişi ilə imkansız bir ailənin uşağının göz əməliyyatını təmənnasız edib. Əməliyyat uğurla bitib.

Cahid Şahbazovu tanıdıqca onun xəstələriylə çox ciddi maraqlandığını, hər xəstəsinə öz doğmasıymış kimi yanaşma prizmasından baxmasını öyrəndik. Əlbəttə bu cür yanaşma tərzi olan savadlı bir həkimin müalicəsi də uğurlu olacaq. Atalarımızın gözəl bir misalı var, Alim olmaq asandır, adam olmaq çətin. Nə gözəldir həm işinin ustası olasan, həm də gözəl insan.

Azərbaycanda həkim yoxdur!?- AraşdırmaGözəlliklər axtarışı zamanı bir də Medera Hospitalda çalışan bir xanım həkimimizi tanıdıq. Aynur Babayeva.

Savadlı və xeyriyyəçi həkim. İnanılmaz dərəcədə sadə və geniş ürəkli həkimimiz. Ehtiyaclı xəstəsini təmənnasız qarşılayıb ürəklə yola sala biləcək, üstəlik dərmanlarını belə alacaq qədər həkimlərimizin varlığından çoxumuz xəbərsizdik.
***
Azərbaycanda həkim yoxdur!?- Araşdırma"Avrasiya Hospital"ın kardioloq- aritmoloqu Günay Rəhimovanı tanıdıqda gözəllik içində növbəti gözəlliyi hiss etdik. Günay Rəhimovadan bütün xəstələri razılıq edir, onun savadına, bacarığına, insanlığına heyran qalmamaq mümkün deyil. Günay xanım da xeyriyyəçi həkimlərimiz sırasındadır. O öz işinin öhdəsindən məharətlə gəldiyi kimi, imkansız ailələrə də soyuq yanaşmır.

Azərbaycanda Həkim yoxdur deyirik sonra da, sadəcə olaraq bəzən ünvanı düz seçmirik, əslində savadsız və məsuliyyətsiz həkimlərə canımızı etibar etməməliyik, təəssüf ki, bunu ayırd etmək hər birimizə qismət olmur və gecikmiş halda xəstəxana-xəstəxana gəzməli oluruq. Bəzi həkimlərin faizlə işlədiyi firmalar, və ya xəstəxanlarla əldə etdikləri iş birliyi (lazım olmadıqda belə xəstəni müqavilə imzaladıqları ünvana göndərməsi. Lazım olmadığı halda əməliyyata və ya müayinələrə göndərməsi) olmasaydı, ümumiyyətlə bu pisliklər səhiyyəmizdən təmizlənsəydilər, o gözəl həkimlərimizi tanıyardı hamı. Və kimsə yaxınının, doğmasının acısını vaxtsız yaşamazdı. Kim bilir hələ nə qədər gözəl həkimlərimiz var ki, çoxluq təşkil edən çirkablar içərisində işıqlarını ətrafa saça bilmirlər. Həkim seçərkən bir az araşdırma aparılmalıdır, bəzən tələsərək verdiyimiz qərar həyatımız bahasına başa gələ bilər. İnşallah ki səhiyyəmiz lazımsız və səhlənkar xalatlılardan təmizlənəcək ki, öz təmiz adını qaytaracaq. İnsanların etibarını qazanacaq. Öz ölkəsində savadlı həkimlər olduğu halda Xaricə üz tutmaq məcburiyyətində qalmayacaq insanlar.

Vüsalə Qələndərli
azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi