azia.az
azia.az

Ölümcül təzyiq hansıdır?

21-03-2024, 11:00

Kardioloq Diana Derevyankina arterial təzyiqin ölümcül göstəricilərini açıqlayıb.

Xəbər verilir ki, həm aşağı hədd hipotoniya, həm də ən yuxarı həddə hipertoniya ölümlə nəticələnə bilər.

“Ölümcül təhlükə təzyiqin kəskin, birdən oynaması və qəfil yüksək rəqəmlərə qalxması zamanı olur.

Yüksək təzyiq beyində insult, ürək infarktı, böyrəklərin iflası, göz torunun zədələnməsinə səbəb ola bilər.

Ən təhlükəli hədd 180/100-ə olan təzyiqdir. Bundan yuxarı təzyiq təxirə salınmaz tibbi yardım və müdaxilə tələb edir.


Uzun müddət təzyiq xəstələri belə yüksəlmələri hiss etməyə bilər, bir neçə dəfə vəziyyət ötüşür, amma təzyiq xəstələri bu əlamətlərə diqqət etməlidir: təkrarlanan güclü baş ağrısı, başgicəllənmə, səntirləmə, qulaqda qəfil küy, ürəkbulanma, sinədə ağrı, sıxılma.

Çox yüksək təzyiqi evdə özbaşına salmağa cəhd etməyin, mütləq kardiobriqada çağırışı edin”.

Aygün Musayeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi