Xəstəyə süni qollar köçürüldü
Evli və 1 övlad atası polis məmuru Sami Şahin beyin qanaması keçirib. Antalya Universiteti Xəstəxanasına aparılan S.Şahinin beyin ölümü gerçəkləşdiyi məlum olduqda ailəsi orqanlarının bağışlamaq qərarına gəlib. Sami Şahinin qolları 9 yaşındaykən dinamit partlaması nəticəsində əllərini bilək hissədən itirən, hazırda 34 yaşında olan Yavuz Ayılmazdıra nəql edilib.
Əməliyyat 14 saat davam edib. Reanimasiya şöbəsindəki müalicəsi isə 60 saat sürən Y.Ayılmazdır, sonra steril bir otağa köçürülüb.
Əməliyyatı Antalya Universiteti Tibb Fakültəsi Plastik Rekonstruktiv və Estetik Cərrahi kafedrasının professoru doktor Ömər Özkan həyata keçirib. Ö.Özkan bu əməliyyatın Türkiyədə sayca 5-ci olduğunu deyib.
"Texniki baxımdan çox çətin əməliyyatdır, lakin xəstəmizin bərpa prosesi daha sürətlə gedir. Əməliyyatdan sonra ikinci həftədə vəziyyəti artıq çox yaxşıdır. Bundan sonra daim qəbul etməli olduğu dərmanları müəyyənləşdiririk", deyən cərrah "heç bir neqativ hal yoxdur.
Xəstəmiz riskli mərhələni sürətli bir şəkildə atlatdı. Təbii ki, burada komandamızın təcrübəsinin əhəmiyyəti böyükdür. Xəstəmizi qısa zaman içində qarşınıza çıxaracağıq.
Onun gənc və sağlıqlı olması önəmlidir. Xəstə məmnun, ailəsi məmnun və xoşbəxtdirlər. Əllərini işlədə bilməsini səbirsizliklə gözləyirik", əlavə edib. Cərrah xəstənin süni qollarını əməliyyatdan 48 saat sonra ilk dəfə gördüyünü deyib: "əllərini gördükdə ilk sualı bu oldu: hocam, əllərim nə zaman çalışacaq?.. Ailəsi də bunu soruşmuşdu.
6 ay sonra qollarını çalışdıracağını söyləyə bilərəm. Öncə fiziki hərəkətlər etməli, sonra da yavaş-yavaş qollarını işlətməlidir.