azia.az
azia.az

Bakıda koronavirusa yoluxan həkim: "Nəfəs ala bilmirəm, kömək edin..."

12-04-2020, 16:18

Bakıda koronavirusa yoluxan həkim: "Nəfəs ala bilmirəm, kömək edin..."
AzTV koronavirus xəstələrinin müalicə aldığı xəstəxanadan reportaj hazırlayıb. Reportajda ağır xəstələrlə yanaşı, onların yenidən sağalması üçün mübarizə aparan həkimlər də yer alıb.
Reportajda süni nəfəs aparatına qoşulanlar, cihazsız nəfəs ala bilməyən xəstələrdən bəhs edilib. Bunlardan biri də 13 saylı Uşaq Poliklinikasının həkimi Könül Xəlilovadır.
Covid-19-a yoluxan sahə pediatrı cihaz olmadan nəfəs ala bilmədiyini deyib. O, vətəndaşları bu xəstəliyə ciddi yanaşmağa çağırıb.
"Necə yoluxduğumu xatırlamıram. Amma ilkin əlamətləri xatırlayıram. Özümdən şübhələndim. Bu xəstəliyə ciddi yanaşsınlar. Mən onlara yalvarıram, belə etməsinlər. Hazırda burnumda oksigen aparatı var. Bunu çıxartsalar, nəfəs ala bilmərəm", - deyə o, qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi