azia.az
azia.az

Qəndab Quliyevanın ölüm xəbəri yayıldı - Həkim TƏKZİB ETDİ

28-08-2017, 17:41

Qəndab Quliyevanın ölüm xəbəri yayıldı - Həkim TƏKZİB ETDİ


Azərbaycan Respublikasının xalq artisti, məşhur xanəndə Qəndab Quliyevanın bu gün səhər saatlarında vəfat etdiyi barədə xəbər yayılıb. Bu barədə sosail şəbəkələrdə paylaşımlar edilib.

Modern.az-ın məlumatına görə, Xalq artisti uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkir. O, bir neçə gün öncə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki Bakı Ürək Mərkəzinin reanimasiyasına yerləşdirilib.

Həkimlər Qəndab Quliyevanın vəziyyəti olduqca ağır olduğu barədə açıqlama vermişdilər. Xanəndə reanimasiyada süni nəfəs aparatına qoşulu vəziyyətdəydi. Onun ürək, böyrək və ağciyərlə bağlı problemləri vardı.

Bir qədər öncə həkimlər onun ölüm xəbərini təkzib ediblər.

"Xalq artisti Qəndab Quliyevanın vəziyyəti olduqca ağırdır". Bunu APA-ya xalq artisti Qəndab Quliyevanın müalicə oldunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Şahin Xəlilov deyib. Həkim bildirib ki, onun ölümü ilə bağlı yayılan xəbərlər əsassızdır.

Onun sözlərinə görə, xalq artisti süni tənəffüs aparatına qoşulub: “O, ürək çatışmazlığından əziyyət çəkir. Bununla yanaşı sənətkarda böyrək çatışmazlığı və digər digər problemlər də var”.

Qəndab Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilib.
Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996-cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi