azia.az
azia.az

“Eurovision-2017”-nin qalibinin həyatı təhlükədə: Həkimlər 1 il vaxt qoyub

16-05-2017, 13:36

“Eurovision-2017”-nin qalibinin həyatı təhlükədə: Həkimlər 1 il vaxt qoyub


Qalibiyyətdən sonra Portuqaliya təmsilçisi haqda ilginc faktlar ortaya çıxıb
“Eurovision-2017”-nin qalibi Solvador Sobralın ömrünə həkimlər bir il vaxt qoyub.

Musavat.com bildirir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

Məlum olduğu kimi, mayın 13-də Kiyevin paytaxtı Kiyevdə “Eurovision-2017” yarışmasının finalı keçirildi. Yarışmanın qalibi Portuqaliya təmsilçisi Salvador Sobral oldu. Bir çox xarici ekspertlər də qeyd etdilər ki, nəhayət, bu yarışmada hansısa məqsədlər deyil, musiqi, insanlıq qalib gəldi. Beləliklə Salvador Sobral romantik “Amar pelos dois” (Məhəbbət ikiliyə yetir) mahnısı ilə “Eurovision” yarışmasını öz ölkəsinə, 53 ildir ki, bu qələbənin həsrətində olduğu Portuqaliyaya gətirdi.

Qeyd edək ki, Salvador Sobral 1989-cu ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində anadan olub. O, elə Lissabon şəhərində yerləşən Psixologiya Universitetində psixologiya üzrə təhsil alıb. Lakin təhsilini yarımçıq qoyaraq Barselonada yerləşən nüfuzlu musiqi məktəbinə daxil olub. Səkkiz il bundan əvvəl isə Portuqaliya televiziyasında yayımlanan istedadlıların şousuna qatılıb və burada 7-ci yer tutub. Bununla da özünə məşhurluq qazanıb. Müğənni həm də Avropada yerləşən qaçqınların problemlərinə biganə qalmır.

Bu məsələ ilə bağlı diqqəti çəkən məqamlardan biri də “Eurovision-2017” yarışmasının finalının nəticələri haqda keçirilən mətbuat konfransına müğənninin “S.O.S Qaçqınlar” yazılı köynək ilə qatılması oldu.

Ancaq indi azarkeşlər 27 yaşlı qalibə hər şeydən əvvəl sağlam olması üçün dua edirlər. Çünki final gecəsindən sonra mətbuata məlum oldu ki, müğənninin ürəyi ilə bağlı ciddi problemləri var. Belə ki, sən demə, müğənni ürəyi üçün donor axtarır və həkimlər əməliyyat üçün ona cəmi bir il vaxt qoyublar.

Bunun üçün müğənni “Eurovision” yarışmasına xüsusi rejim altında qatılıb. Hətta səhnədə çıxışı zamanı çalışılıb ki, gözlərinə çox da işıq düşməsin və performansını kiçik səhnədə, az hərəkətli nümayiş etdirsin. Hətta icazə verildi ki, onun məşqlərinə 29 yaşlı bacısı Luiza Sobral da qatılsın.

Bu arada qeyd edək ki, müğənnini qalib edən mahnının müəllifi elə onun öz bacısı Luizadır. Hansı ki, həmin mahnı yarışma üçün keçirilən milli seçimlərdən bir gün əvvəl yazılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi