azia.az
azia.az

Bakıda “Buzlar diyarı” tamaşasının premyeranın tarixi açıqlanıb

14-07-2016, 11:41

Bakıda “Buzlar diyarı” tamaşasının premyeranın tarixi açıqlanıb Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin müştərək layihəsi çərçivəsində hazırlanan “Buzlar diyarı” tamaşasının premyeranın tarixi müəyyənləşib.
Akademik Opera və Balet Teatrından verilən məlumata görə, Hans Kristian Andersenin nağılları əsasında hazırlanan tamaşa oktyabrın 22-də Akademik Opera və Balet Teatrının binasında Azərbaycan tamaşaçılarına təqdim olunacaq.
Azərbaycan və rus dillərində nümayiş olunacaq tamaşanın biletləri artıq şəhərin bütün kassalarında və "ASAN xidmət" mərkəzlərində satışdadır.
Biletləri yayda alanlar Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi qəhrəmanlarla selfi çəkdirmək imkanı qazanacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi