azia.az
azia.az

Rəmişə 1700 manatlıq gitara veriblər

13-04-2016, 15:49

Rəmişə 1700 manatlıq gitara veriblər Xalq artisti, gitara ifaçısı Rəmişə (Rafiq Hüseynov) 1700 manatlıq gitara hədiyyə olunub.
İfaçı deyib ki, hədiyyəni ona üç gün öncə Yardımlı rayonunda bağışlayıblar: “Asif adında bir dostum zəng etdi ki, Yardımlı rayonunda Vüqar adlı bir şəxs sənin üçün gözəl gitara hazırlayıb. Mən də ərinmədim, Gülüylə (həyat yoldaşını nəzərdə tutur) getdim. Həmin Vüqar bizi gözəl qarşıladı, evində qonaq etdi. Daha sonra hazırladığı gitaranı mənə hədiyyə etdi. Bu gitara 1700 AZN qiymətindədir. Amma bu hədiyyə artıq mənim üçün qiymətsizdir. Vüqar müəllimə demək istəyirəm ki, bu gitara illərlə mənlə olacaq. Uzun illərdən sonra yeni gitarada ifa edəcəyimə görə çox şadam”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi