azia.az
azia.az

Dünyada ən kök və ən arıq insanların yaşadığı ölkələr: Azərbaycan neçənci yerdədir?

Bu gün, 01:00

Dünyada piylənmə göstəricilərinə dair yeni statistika açıqlanıb.

“Gallup World Poll”un 2026-cı il məlumatlarına əsasən, 197 ölkənin yer aldığı reytinqdə Azərbaycan 120-ci pillədə qərarlaşıb. Ölkədə piylənmə səviyyəsi 28,45 faiz təşkil edir.

Region ölkələri arasında ən yüksək göstərici Gürcüstanda qeydə alınıb. Bu ölkə 38,78 faizlə 170-ci yerdə qərarlaşıb. Türkiyə 34,22 faizlə 154-cü, Ermənistan 27,78 faizlə 117-ci, Rusiya 27,7 faizlə 115-ci pillədə yer alıb. Özbəkistanda piylənmə səviyyəsi 29,38 faiz (124-cü yer), Ukraynada isə 29,46 faiz (125-ci yer) təşkil edir.

Türkmənistan regionun nisbətən aşağı göstəriciyə malik ölkələrindən biridir. Burada piylənmə səviyyəsi 19,38 faizdir və ölkə reytinqdə 75-ci sırada qərarlaşıb.

Dünyada ən aşağı piylənmə göstəricilərinə əsasən Asiya və Afrika ölkələrində rast gəlinir. Siyahıya 1,72 faizlə Vyetnam başçılıq edir. İlk üçlüyü Şərqi Timor və Efiopiya tamamlayır.

Piylənmə səviyyəsinin ən aşağı olduğu 10 ölkə:

Vyetnam — 1,72 faiz

Şərqi Timor — 2,45 faiz

Efiopiya — 3,14 faiz

Ruanda — 3,70 faiz

Kamboca — 3,72 faiz

Madaqaskar — 3,76 faiz

Eritreya — 3,85 faiz

Banqladeş — 4,12 faiz

Konqo Demokratik Respublikası — 4,65 faiz

Niger — 4,67 faiz

Reytinqin son pillələrində isə əsasən Sakit okean hövzəsində yerləşən ada dövlətləri qərarlaşıb.

 

Piylənmə səviyyəsinin ən yüksək olduğu ölkələr:

Niue — 67,48 faiz

Samoa — 69,11 faiz

Tonqa — 70,36 faiz

Nauru — 71,07 faiz

Kuk adaları — 71,30 faiz

Tokelau — 72,63 faiz

Amerika Samoası — 75,28 faiz

Mütəxəssislər bildirirlər ki, son illərdə piylənmə dünya üzrə ən ciddi ictimai sağlamlıq problemlərindən birinə çevrilib. Artan göstəricilər ürək-damar xəstəlikləri, diabet və digər xroniki xəstəliklərin yayılmasına da təsir göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi