azia.az
azia.az

Evdə istifadə etdiyiniz bu məhsullar pişiyinizə zərər verir

Bu gün, 15:00

Rusiyada sosial şəbəkələrdə istifadəçilər pişiklərdə nəfəs darlığı və ağır tənəffüs hallarının artdığını bildirirlər.

Xəbər verilir ki, baytar həkim Mixail Şelyakov bu vəziyyətin əsas səbəblərindən biri kimi məişətdə istifadə olunan ətirli vasitələri göstərib.

Onun sözlərinə görə, insanların xoş qəbul etdiyi sitrus tərkibli ətirlər – diffuzorlar, hava təravətləndiriciləri və ətirlər pişiklər üçün güclü allergiya rolunu oynaya bilər. Bu maddələrin tərkibində olan efir yağları heyvanların tənəffüs sisteminə mənfi təsir edir və astma tutmalarını tətikləyə bilər.

Mütəxəssislər tövsiyə edir ki, pişik olan mühitdə ətir və aromatik vasitələrdən istifadə məhdudlaşdırılsın. Həmçinin qeyd olunur ki, təmir zamanı yaranan toz da pişiklərdə astma tutmalarına səbəb ola bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi