Solaxaylıq - məşhur adamların simasında mif və reallıqlar
Vaxt var idi ki, solaxayların həyatı hər an təhlükə altında idi. Keçmiş zamanlarda Avropada solaxaylıq iblislik əlaməti hesab edilirdi və solaxaylara ölüm hökmü oxunurdu.
Bu səbəbdən də solaxay doğulanlar solaxay olduqlarını gizlətməyə çalışırdılar.
Rusiyada, I Pyotr belə bir fərman vermişdir ki, “kürənlər, solaxaylar, taygözlər məhkəmədə şahidlik edə bilməzlər”. I Pyotr bunu belə izah edirdi: — “fırıldaqçı bədzatlara İlahi özü nişan qoyur”. Hal-hazırda isə bu cür rüsvayçı fərmanlara heç yerdə rast gəlmək mümkün deyil. Hətta məktəblərdə belə solaxaylara sol əllə yazmaq qadağa edilmir. Amma yenə də, solaxaylarda nəsə bir qeyri-adiliyin olması haqda fikirlər dolaşmaqdadır. Buna misal olaraq sizlərə dünyaca məşhur olan tanınmış solaxayların həyatından bir neçə faktları çatdırmaq istəyirik:
İsaak Nyuton: “Solaxayların məntiqi, qadın məntiqi kimi ağlasızmazdır”...
Məşhur alim İsaak Nyuton solaxay olmuşdur və onun davranışlarında da, özü dediyi kimi, ağlasızmazlıqlar çox olmuşdur. Nyuton pişikləri çox sevərmiş, amma işləyərkən pişiklərin ona mane olmasına çox səbirsiz idi. İşləyərkən pişiklərin ona mane olmaması üçün, alim həmişə pişikləri bayıra qovarmış. Bu səbəbdən də o, qapıda deşik açdırıbmış. Qeyri-adi olan isə odur ki, bu pişiyin 3 balası dünyaya gələn zaman Nyuton ana pişik üçün açdırdığı deşiyin yanından üç ədəd balaca deşik də açdırır, balaca pişiklərin də bayıra çıxa bilməsi üçün. Dünya şöhrətli alimin heç ağlına gəlməmişdi ki, böyük pişik üçün açılmış deşikdən elə balaca pişiklər də çıxa bilərlər.
Ernesto Çe Qevara: “Solaxaylar sağçılara nisbətən az ömür sürürlər”
Bu statistik məlumata inanıb-inanmamaq hər kəsin öz şəxsi işidir. Amma qeyd etmək lazımdır ki, bəzi statistik məlumatlara əsasən, solaxaylar sağçılara nisbətən – 2 il, bəzi məlumatlara görə — 7 il, bəzilərinə görə isə — 9 il az ömür sürürlər. Buna Latın Amerikasının məşhur azadlıq mücadiləçisi olmuş Çe Qevaranı misal gətirmək olar. Bu hadisə 1967-ci ildə Boliviyada baş vermişdir. Çe Qevaranın başçılıq etdiyi üsyançı dəstənin izinə düşüb onları məhv etməyə çalışan reyncerlər. Reyncerlər şəxsən Çe Qevaranın özünü tutub zərərsizləşdirmək istəyirdilər və onun hansı dəstədə olduğunu bilmək istəyirdilər. Bu işdə Çe Qevaranın solaxaylığı reyncerlərə çox kömək etmişdir. Belə ki, qalın, keçilməz sıx meşəliklərdə ağac və kolların qol- budaqlarının qeyri-adi formada,, sağ tərəfdən deyil, sol tərəfdən sol əllə kəsilərək cığırların açılması reyncerlərin karına gəlmişdir. Belə ki, həmin yerləri nəzərdən keçirən ekspertlər dəqiqləşdirmişlər ki, ağac və kolların qol-budaqlarını ancaq solaxay olan adam bu cür istiqamətdə kəsə bilər. Bu solaxay adam isə Çe Qevara idi. Məlumata görə, reyncerlər Çe Qevaranın harada olduğu müəyyənləşdirmişlər. Buradan belə nəticə hasil olur ki, Ernesto Çe Qevaranın solaxay olması öz başına bir bəla olmuşdur.
Uinston Çerçill: “ Solaxaylar gözlənilməz qabiliyyət göstərə bilirlər”.
Belə bir qabiliyyətli tanınmış siyasətçi və Böyük Britaniyanın keçmiş Daxili İşlər Naziri olmuş Uinston Çerçill Birinci Dünya Müharibəsindən sonra 40 yaşını haqlayan zaman, əlinə firça alaraq göstərmişdir. Solaxay olan Çerçill çəkdiyi rəsmləri gizli adla Parisdə keçirilən sərgiyə göndərmiş və rəsmləri sərgidə çox yüksək qiymətləndirilmiş, hətta çox yaxşı qiymətə satılmışdır.
Mütəxəssislər Çerçillin çəkdiyi rəsmləri çox yüksək qiymətləndirərək belə demişlər: — “...Bu rəsmlər dünya şöhrətli impressionist rəssamların yaratdığı şedevr rəsm əsərləri ilə rəqabət apara bilər.
Nikolay Leskov: “ Solaxaylar ziddiyyətli və qəddar olurlar”
Məşhur rus yazıçısı N. Leskov özü solaxay olmaqla bərabər, “Solaxay haqqında hekayə” əsərinin müəllifidir. Bu hekayə — nağıl dünyaca məşhur əsərlərdəndir. Bu hekayədə N. Leskov, “Solaxay” ləqəbli tulalı ustanın birənin ayağını sol əllə nallayaraq, ingilis ustasını necə mat qoymasından danışır. Bu hekayədə müəllif solaxay ustanın həm məharətindən, həm də onun qəddarlığından, yəni birənin ayağını nallayaraq onu hərəkətsiz qoymağından sıhbət açır.
Albert Eynşteyn: “Solaxaylar çox çətin təlim olunurlar və təsir altına çətin düşürlər”
Bu fikirlə yəqin ki, Eynşteynin bütün müəllimləri razılaşardılar. Çünki müəllimləri Albertə ən sadə misalları belə çətinliklə başa sala bilirdilər. Dünya şöhrətli alim məktəbdə oxuyarkən, keçdiyi fənləri çox çətin qavradığından oxumağı bir müddət dayandırmaq fikrinə düşür. Amma gimnaziya rəhbərliyi onu qabaqlayır və Albertin qimnaziyanı bitirməsinə 1 il qalmış rəhbərlik ona gimnazıyanı tərk etməyi təklif edir.
Bütün bunlara baxmayaraq solaxay olan Albert Eynşteyn ən şöhrətli alim olmuş və skripkada mükəmməl ifa edə bilirmiş.
Makedoniyalı İsgəndər: “Solaxaylar çətin vəziyyətlərdə qeyri-adi, standart olmayan çıxış yolları tapırlar”
Dünya şöhrətli sərkərdə. əfsanəvi Makedoniyalı İsgəndər solaxay olmağı ilə bərabər, onun gözlərinin hərəsi bir rəngdə olmuşdur. Deyilənə görə, onun gözünün birinin rəngi qonur, digərinin rəngi isə mavi imiş. Onun gözlərinin müxtəlif rəngli olması təkcə əsgərlərdə deyil, yaxın silahdaşlarında da qorxu, vahimə hissi yaradırdı.
Tarixdə Makedoniyalı İsgəndər kimi solaxay hökmdarlar az olmamışdır. Digərləri kimi. Makedoniyalı İsgəndər də solaxaylığın bir “qüsur” olmadığını, əksinə, solaxay olmağın bir çox üstünlüklərini hamıya sübut etməyə çalışmışdır. Belə ki, o, öz ordusunda solaxay döyüşçülərdən ibarət 700 nəfərlik hərbi korpus yaratmışdı ki, bu solaxaylardan ibarət korpusun döyüşçüləri vuruşmanın ən kritik anlarında gözlənilmədən döyüşə girərdilər. Solaxaylarla vuruşmaq sağçılar üçün rahatsız olduğundan qələbə həmişə solaxaylara nəsib olurdu.