azia.az
azia.az

Bu qulaqcıqlar bütün xarici dilləri çevirəcək – Dil öyrənməyə son

31-10-2018, 08:39

Bu qulaqcıqlar bütün xarici dilləri çevirəcək – Dil öyrənməyə son





Lingmo İnternational texnologiya şirkəti xarici dil probleminin qarşısını almaq üçün Translate One2One qulaqcıqlarını istehsal edib.

Moderator.az xəbər verir ki, dünyanın dörd bir tərəfində satışa buraxılacaq həmin qulaqcıqlar texnologiya bazarında inqilaba səbəb olacaq. Şirkət rəsmilərinin sözlərinə görə, insnaların xarici dilləri bilmədiyinə görə ABŞ iqtisadiyyatı hər il orta hesabla 2 milyard, Böyük Britaniya isə 48 milyard sterlinq pul itirir. Cihaz bu problemin qarşısını alacaq və qarşıdakı insanın danışdığı dili istifadəçinin seçdiyi dil üçün tərcümə edəcək.

Cihaza hələlik ingilis, fransız, ispan, portuqal, Çin dilləri yüklənib. Qiyməti 179 dollar olan cihaz bluetooth və vi-fi olmadan da işlənəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi