azia.az
azia.az

DAVAMLI YUXUSUZLUQ GÖRÜN NƏLƏRƏ SƏBƏB OLUR

10-12-2024, 08:38

11 gün yatmazsan nə olar? Bu maraqlı suala 17 yaşlı Rendi Qardnerin cəsur təcrübəsindən sonra cavab verilib. Qardner, tarixdə yuxu çatışmazlığı ilə bağlı ən məşhur təcrübələrdən birinin mövzusu olub. 1964-cü ildə edilən təcrübə ilə, elmi olaraq sənədləşdirilmiş ən uzun yatmama müddəti rekordu qırılıb və Qardner tam 11 gün (264 saat) oyaq qalıb.

Təcrübə San Dieqoda orta məktəb elmi sərgisi layihəsi çərçivəsində həyata keçirilib və Stenford Universitetindən Dr. Uilyam Dement də daxil olmaqla ekspertlər iştirak edib.

Xəbər verilir ki, həkim Qardnerin təcrübə zamanı yaşadığı təsirləri belə sıralayıb;

İlk oolaraq yaddaş problemləri, diqqətsizlik və məntiqi düşünmə çətinliyi yaranıb.

2-ci həftəyə doğru vizual və eşitmə hallüsinasiyaları başlayıb. Məsələn, Qardner divar saatını insan kimi görməyə başlayıb.

Daha sonra koordinasiya itkisi, nitqin zəifləməsi və zəiflik kimi simptomlar ortaya çıxıb.

Qardner artan əsəbilik və emosional labillik nümayiş etdirib.

Beləliklə, 11 günlük təcrübədən sonra Qardner 14 saat yataraq sağalmağa başlayıb. Təcrübə uzun müddətli yuxusuzluğun ciddi koqnitiv və fiziki təsirlərini nümayiş etdirsə də, heç bir qalıcı zərər verməyib.

Lakin bu, hər kəs üçün eyni nəticələnməyə bilər. Uzun müddət davam edən yuxusuzluq çox vaxt sağlamlığa davamlı mənfi təsirlərə səbəb olur.

Onu da qeyd edək ki, bu təcrübə yuxusuzluğun insan beyninə və bədəninə təsirini anlamaq üçün mühüm istinad olub.

Lakin etik qaydalara görə bu gün oxşar təcrübələrin aparılması mübahisəlidir.

Günel Məlikzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi