azia.az
azia.az

Milyonçu “Bomj” oldu: Hokkeyçinin heyrətamiz hekayəsi - FOTO - VİDEO

15-02-2022, 08:44


Kanadanın Kenora şəhərində cəmi 15 min nəfər yaşayır. Onlardan birinin adı Co Merfidir.
Milyonçu “Bomj” oldu: Hokkeyçinin heyrətamiz hekayəsi - FOTO - VİDEO
Bildirilir ki, şəhərdə o, sığınacaqlarda, zibilliklərdə və ya sadəcə Ontarion əyalətinin müxtəlif şəhərlərinin küçələrində dolaşan bir avara kimi tanınır.

Merfi Milli Hokkey Liqasında çıxış edib, 1990-cı ildə Stenli Kubokunun mükafatçısı olub, karyerası boyunca 15 milyon dollar qazanıb.

İndisə, sabit yaşayış yeri olmayan avara həyatı sürür. ent.az

Bəli, bəli, real həyatda belə də olur!
Merfi Milli Hokkey Liqasında yeddi fərqli komandada cəmi 779 oyun keçirib.

"Pulum çoxdan qurtarıb. Heç nəyim qalmayıb. Bir qəpiyim belə yoxdur. Bundan sonra nə edəcəyimi bilmirəm. Hazırda heç bir işim yoxdur. Bir dəfə bir nəfərlə yollarım kəsişmişdi. Dedi: "Sadəcə pul istə". Düzdür, mən bunu heç vaxt etməmişəm. Həmin adam bir daha dedi ki, sadəcə, pul istəsə vəssalam. Bu, mənim dilənməyim olacaqdı. Bəli, mən indi bununla məşğulam. Mən dilənçi olmuşam", - 50 yaşlı Merfi jurnalistlərdən biri ilə söhbətində deyib.

Hokkey oynadığı illərdə aldığı zədələrini və sarsıntıları indiki çətinliklərinin səbəblərindən biri hesab edir.

Hokkeyçi kimi qazandığı 15 milyon dollar tüstü kimi uçub gedib - narkotiklərə, kazinolara, şübhəli səhm sövdələşmələrinə.Hokkeyçi kimi qazandığı 15 milyon dollar tüstü kimi uçub gedib - narkotiklərə, kazinolara, şübhəli səhm sövdələşmələrinə.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi