azia.az
azia.az

Bir-birlərini sevən bürclər - İlk baxışdan vurulanların siyahısı

15-12-2021, 11:33

Bir-birlərini sevən bürclər - İlk baxışdan vurulanların siyahısı
İlk baxışdan məhəbbəti bəziləri film sujeti, nağıl sehirləri kimi uydurma saysa da, bəziləri də bu situasiyanı yaşayıblar.

Azia.az xəbər verir ki, bir-birinə ilk baxışdan aşiq olan bürclər mövcuddur. Astroloqların fərziyyəsi belədir:

Qoç və Tərəzi

Bu əks xüsusiyyətlərin cazibəsidir. Çünki qoç və tərəzilər zahirən olduğu kimi xasiyyətcə də kəskin fərqlənirlər. Amma münaqişə etmir, bir-birini tamamlayırlar. Onlar sadəcə sevgili yox, sanki bir komandadırlar. Bu cür ildırımsürətli eşq möhkəm və uzunmüddətli münasibətlərə çevrilir.

Buğa və Qız

Deyəsən onlar bir-biri üçün yaranıblar. İkisi də praktik və perfeksionizmə (ən yüksək nəticəyə inanmaq) meyillidirlər. İlk rastlaşanda onlara elə gəlir ki, ömür boyu bir-birini axtarıblar. Münasibətlərində harmoniya və qarşılıqlı anlayış hökm sürür.

Xərçəng və Oğlaq

İlk baxışdan ümumi heç nələri yoxdur. Lakin bir-birini daha yaxşı tanıdıqca anlayırlar ki, daha yaxşı tərəf müqabili tapmayacaqlar. Təbiətcə yaddırlar, amma stabillik istəyi onları birləşdirir. Bura ailə dəyərlərinə hörmət də daxildir.

Əkizlər və Oxatan

İntelektual potensialları onları birləşdirir. Çoxtərəfli şəxsiyyətlərdir, danışmağa mövzuları həmişə var. Bu səpkidə də aralarında sevgi romanı başlayır. Düzü ünsiyyətləri asan alınmır. Ancaq çətinliklərə dözsələr, onları xöşbəxt gələcək gözləyir.

Şir və Şir

Bir-birini valeh etməməkləri mümkün deyil. Uzunmüddətli münasibət olmasa da, ilk baxışdan məhəbbət qaçılmazdır. Ehtiras soyuyanda isə sevgiləri də sınır və ayrılırlar. Lakin ortaq dəyərlər tapsalar birgə qalarlar.

Oğlaq və Qız

Bənzər insanlardır. İlk görüşdə bir-birini çoxdan tanıdıqlarını da sanırlar. Oğlaqı cəlb edən qızın mühafizəkarlığı, qızı isə oğlaqın sirr və ilhamlanmasıdır. Bir saniyədə yaranan sevgi bir ömür davam edə bilər.

Dolça və Balıqlar

Su ünsürü olan bu bürcləri sanki maqnit kimi bir-birinə cəlb edir. Praktik dolçalar balıqların yaradıcılığına heyrandırlar. İdeal həmdəm hesab olunurlar.

İndi isə ilk baxışdan sevə bilən və sevməkdən qorxmayan 6 bürcə nəzər salaq:

Xərçəng

Onun qədər sevən bürc azdır. Uzaqdan sevməyə üstünlük verirlər, çünki düşünürlər ki, tanış olduqları kimsə eyni səviyyəli, bərabər gücdə sevgi bəsləməyəcək. Buna görə də tez-tez ilk baxışdan vurulmaqdan qorxmurlar. Psixologiyalarını qarşılıqsızlığa öyrəşdiriblər.

Balıqlar

Balıqlar asan sevildikləri qədər asan da sevə bilirlər. İlk baxışda kiçik qığılcım da sevgi etiraflarına kifayət edir.

Qoç

İlk baxışdan məhəbbət fanatıdırlar. İmpulsiv olduqları üçün həyatlarında sevmək fürsəti yarananda bu işi təxirə salmırlar. İlk baxışdan məhəbbət gözlədikləri effekti verməyəndə isə yalnız irəli, sonrakı sevgilərə baxırlar.

Oxatan

İlk baxışdan sevgiyə inanmayan təsiri bağışlasalar da, hər bir oxatanda bir sevgi okeanı gizlənir. Sevgiləri ilə bacardıqca hamıyla bölüşürlər. Ən yaxşı cəhətləri ilk baxışdan eşqə düşə bilməkləridir. Burada isə söhbət ancaq insandan yox, sevgiyə layiq hər şeydən gedir.

Tərəzi

İlk baxışdan vurula bilirlər. Balanslı sevgini istəyirlər. Ona görə də ayrılıqdan digərləri qədər əziyyət çəkmirlər.

Qız

İnsanlarda özlərində olmayanı axtarırlar. İlk baxışdan vurulmaq şansları həyat durumlarından asılıdır. Yəni onlar çətinlikdə olarkən daha çox vururlar. Amma həyatları qaydasında olanda özlərinə inamları çoxalır və yeni sevgilərə elə də vaxt ayırmırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi