3 sualla sevgi haqqında düşüncələrimizə aydınlıq gətirən psixoanalitik
Sevgi nədir? – Bu sual yəqin ki bir çoxlarını düşündürür. Biz niyə kimisə sevir,həmin insandan ötrü “dəli-divanə” olur,səbəbini anlamadan bütün günü haqqında düşünürük? Bizdə bu sevgini doğuran səbəblər nələrdir? Gəlin daha artıq suallara qərq olmayaq və psixoanlitik Jak Allen Millerin sevgi haqqında düşüncələriylə cavablar tapaq.
“Əslində sevdiyimiz insan bizim daxilimizi,necə insan olduğumuzu dərindən başa düşən insandır,” deyən psixoanalitik Jak Allen Miller sevgiyə tam fərqli yanaşma sərgiləyir. O deyir ki,sevdiyimiz insan özümüzü olduğumuz kimi qəbul etməyi bizə öyrədir. Əsas suallarla daha çox
Psixoanaliz bizə sevgi haqqında yeni bir fikir bəxş edirmi?
“Bəli,bir çox şeyə psixoanaliz vasitəsilə aydınllıq gətirmək mümkündür. Xüsusilə də sevginin təhlilində daha maraqlı faktorlar meydana çıxır. Hətta psixoanalitikə müraciət edən pasientin öz həkiminə qarşı hiss etdiklərinin sevgiylə bənzərliyi də var. Bu,əlbəttə ki həqiqi sevgi deyil,lakin mexanizmləri eynidir. Bu faktorlar məhz psixoanalitika seanslarında meydana çıxır. Uzun sözün qısası,bizim əslində sevdiyimiz insanlar necə olduğumuzu dərindən dərk edən insanlardır.”
Bu həqiqi sevgidirmi?
Həqiqətən sevmək – bu nə vaxtsa özümüz haqqında həqiqəti tam çılpaqlığı ilə dərk edə biləcəyimizə inanmaqdır. Buna görə də özümüz haqqında sualların cavabını tapdığımız insanlara qarşı hisslərimiz meydana çıxır. Sevdiyimiz insan bizim “Mən kiməm?” sualına cavabımızdır.
Sevgi hər zaman qarşlılıqlıdırmı?
Bir vaxtlar Lakan tərəfindən deyilən bu sözləri bir çoxu mənasını başa düşmədən tez-tez təkrarlayır. Bu o demək deyil ki,sizin kimisə sevməyiniz kifayətdir ki,həmin adam da cavabında sizi sevsin. Bu ifadənin mənası belədir: “Əgər mən səni sevirəmsə,deməli sən də bunda iştirak edirsən. Çünki səndə elə bir şey mövcuddur ki,məni səni sevməyə sövq edir. Bu qarşılıqlıdır – çünki hər iki tərəfin müəyyən iştirakı mövcuddur. Mənim sənə qarşı hiss etdiyim sevgi səndə olan sevmək üçün səbəbdən dolayı meydana çıxır. Mənim hisslərim təkcə mənim işim deyil,bu həm də sənə aiddir. Mənim sevgim sənin haqqında elə şeylər danışır ki,bəlkə heç özünün də onlardan xəbərin yoxdur.”
pahoo.az