azia.az
azia.az

Anaların nəzərinə: körpənizi bu şəraitdə yatırmayın!

25-05-2016, 03:49

Anaların nəzərinə: körpənizi bu şəraitdə yatırmayın! Anaların əksəriyyəti körpəni isti şəraitdə yatırmağa üstünlük verir. Lakin türkiyəli uşaq həkimi, professor Mehmet Vural gecə həddən artıq istidə yatırdılan uşaqların səhər oyanmamaq riski olduğunu açıqlayıb.

Aile.lent.az həkimin bununla bağlı fikirlərini təqdim edir.
Xalq arasında “beşik ölümü” ifadəsi var. Bu, ani körpə ölümü sindromu - ailələrin uşağı yatırdıb, səhər faciə ilə - körpələrinin ölümü ilə qarşılaşmasıdır. Araşdırmalarda üzü üstə yatızdırılan körpələrdə ölümün daha çox müşahidə edildiyi aşkarlanıb. Kürəyi üstə yatırılan uşaqlarda ölüm faizi daha az müşahidə edilib. Həkim bildirir ki, bu səbəbdən də ailələr körpələrin yatış formalarına diqqət yetirməlidir: “Biz uşaqlarımızı istidə saxlamağa çalışırıq. Halbuki isti mühit ani körpə ölümü üçün daha çox təhlükəlidir. Buna görə də körpələrin yaşadığı mühitin sərin olması çox əhəmiyyətlidir. Ən uyğun istilik 20-21 dərəcədir, otaq temperaturu bundan yüksək olmamalıdır. Körpə yatarkən onu çox geyindirməyin. Uşağın başında bağları olmayan və sürüşməyən papaq olmalıdır. Ana qətiyyən siqaret çəkməməlidir”.
İlk 7 ay əhəmiyyətlidir
Ana-atanın körpəni öz yataqlarında yatızdırmaları da risklidir. Bu vəziyyət otağın istiliyini artırır. Valideynlərin yuxu əsnasında körpənin üstünə aşması nəticəsində körpənin nəfəsi kəsilə bilər. Ən güvənli üsul ilk 7 ay körpələrin ana-atanın otağında, amma fərqli bir yataqda yatırılmasıdır.
Sirr deyil ki, müasir dövrdə az qala hər iki uşaqdan biri qeysəriyyə ilə doğulur. Türkiyəli uzman qeysəriyyə üsulu ilə dünyaya gələn uşaqların ölümə səbəb olan bir çox sağlamlıq problemi olduğunu da gizlətməyib: “Normalda qeysəriyyə ümumi doğuşun 15-20 faizini təşkil etməlidir. Son illər qeysəriyyə üsulunda lazımsız bir artım müşahidə edilir. Qeysəriyyə həm anada, həm də körpədə sağlamlıq problemləri yaradır. Analığa namizəd qadın normal doğuşdan qorxduğu üçün qeysəriyyə üsuluna üstünlük verir. Lakin bu cür doğuşdan sonra bəzi problemlər ortaya çıxır. Bu körpələrdə bir sıra tənəffüs problemlər yaranır, normal doğuşda yaşanmayacaq bir çox problem qeysəriyyə yolu ilə doğuş zamanı baş verir. Körpələrin ağciyərlərində bir miqdar maye qalır. Həmin bu qalıq maye körpələrin küvəsdə qalmasına, oksigen almalarına, xəstəxanada yatmalarına, qan testləri edilməsi və lazımsız antibiotik almalarına səbəb olur. Normal doğuşla problem yaşamayacaq körpə bir həftə və ya 10 gün xəstəxanada yatır”.
Qeysəriyyə əməliyyatı ana və körpənin həyati təhlükəsi olmadığı müddətdə edilməməlidir. Lakin valideynlərin məlumatsız olması ucbatından lazım olmadıqda belə, qeysəriyyə üsulu ilə doğuşu seçməyə gətirib çıxarır. Bundan başqa, valideynlər bilməlidir ki, yeni doğulan körpələrə bütün peyvəndlər mütləq edilməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi