Dünyada ilk elektrik mühərrikli təyyarə hazırlanıb - FOTO
MAKS-2021 beynəlxalq aviasiya sərgisində dünyada ilk elektrik mühərrikli təyyarə nümayiş olunacaq.
Ölkə.Az “RİA Novosti”ə istinadən xəbər verir ki, hava nəqliyyatı vasitəsi Rusiyanın S.A.Çaplıqin adına Sibir elmi-araşdırmalar institutunun mütəxəssisləri tərəfindən hazırlanıb.
Dünyanın ilk elektrik mühərrikli təyyarəsi Yak-40 modeli bazasında yığılıb.
Ekspertlərin sözlərinə görə, təyyarədə tətbiq olunan elektrikli texnologiyalardan vertolyotlarda da istifadə etmək olar.