"Delta" qasırğası 3-cü kateqoriyaya qədər güclənib
Azia.az: Meksikanın Yukatan və Kintana-Roo ştatlarında başlayan "Delta" qasırğası üçüncü kateqoriyasınadək güclənib.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Qasırğa İzləmə Milli Mərkəzi tərəfindən bildirilib.
Meteoroloqların hesablamalarına görə, atmosfer hadisəsi daxilində mövcud külək sürəti 51 m / s-ə çatır. Siklon hazırda ABŞ-ın Luiziana ştatından təqribən 555 km cənubdadır və 19 km/saat sürətlə şimal-qərbə doğru irəliləyir.