Banqladeşin cənub-şərq sahillərinda “Mora” qasırğası leysan yağışlara və daşqınlara səbəb olub.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, əsasən, Koks-Bazar və Çittaqonq şəhərlərinin sakinləri qasırğadan əziyyət çəkirlər.
Banqladeşin Meterologiya Departamentindən verilən məlumata görə, qasırğanın sürəti saatda 117 kilometrə çatıb.
Qasırğanın Hindistan və Myanma da dağıntılar törədəcəyi proqnozlaşdırılır.