Ada dövləti son 17 ilin ən böyük hərbi təlimlərinə hazırlaşır
Böyük Britaniya hökuməti Rusiyanın ehtimal olunan hərbi müdaxiləsinə və kiber hücumlarına qarşı kompleks tədbirlər işləyib hazırlayır.
Musavat.com-un xarici agentliklərə istinadən verdiyi məlumata görə, London Omanda son 17 ilin ən böyük hərbi təlimlərini keçirəcək. Təlimlərdə düşmən rolunu şərti olaraq “Rusiya ordusu” oynayacaq”.
“The Times” qəzetinin verdiyi xəbərə əsasən təlimlər bu həftənin sonlarında başlamalıdır. İlk dəfə burada yüzlərlə pilotsuz uçan aparatın kütləvi şəkildə cəlb edilməsi gözlənilir. Bundan əlavə Britaniya ordusu uzaqdan idarə olunan 30 ton ağırlığındakı mina təmizləyən zirehli traktoru ilk dəfə sınaqdan keçirəcək.
5,5 min nəfərlik şəxsi heyət isə “Saif Sareea 3” kod adı altında keçəcək təlimlərin əsas qüvvəsini təşkil edəcək. Onların başlıca vəzifəsi Rusiya tankları və ya hibrid müharibələrdə istifadə olunan hərbi birliklərlə toqquşmaya hazır olmaqdır.
Ümumilikdə təlimlərə 100 milyon funtun (130 milyon ABŞ dolları) sərf olunması gözlənilir. Hərbi hazırlıq zamanı 200 ədəd zirehli texnika, 6 hərbi gəmi, desant gəmisi və 8 Typhoon qırıcısının köməyindən istifadə olunacaq. Səhnələşdirilmiş döyüş əməliyyatlarında isə “Rusiya tərəfi"ni T-72 tankları ilə Krallıq süvari qvardiyası canlandıracaq.
Rusiyanın kiber sahədə mümkün zərbələrinin dəf edilməsinə gəldikdə isə, Britaniya hərbçiləri Moskvanı elektrik enerjisindən məhrum etmək üzərində hazırlıq aparırlar. Böyük Britaniya Müdafiə Nazirliyi uzun müddətdən bəri Moskvaya dirəniş göstərməklə bağlı tədbirlər diapazonunun məhdudluğundan qayğılanırdı.
“Sunday Times”ın məlumatına görə, kiber əməliyyatların hücum potensialının daha da genişləndirilməsi qərara alınıb. Bunların içində yuxarıda bəhs edildiyi kimi, Moskvanın elektrik enerjisi ilə təminatı sisteminin sıradan çıxarılması da var.
Mətbuatın yazdığına görə, bu tədbirlər Rusiyanın Baltik dənizində Estoniyaya məxsus adaları ələ keçirməsi, Rusiya ordusunun Liviyaya müdaxiləsi, Britanya qüvvələrinə qarşı qeyri-nizami hərbi birliklərdən istifadə olunması və ya Britaniyaya məxsus aviadaşıyıcı gəmilərdən birinə birbaşa təhlükə yaranması halında görüləcək.
ÐаÑÑинки по запÑоÑÑ Saif Sareea 3 great britain oman
Rusiyada isə Londona qaşrı təpkilər böyükdür. Rusiya Dövlət Dumasının vitse-spikeri İrina Yarovaya təlimləri “dəlilik, perspektivi olmayan və dağıdıcı yol” adlandırıb: “Böyük Britaniyaya “orada kimin başı xarab olub" sualını verərdim".
Rusiya Federasiya Şurasının müdafiə komitəsinin üzvü Frans Klintseviç isə “The Times”da çıxan yazını casus romanları ruhunda fantasmaqoriya adlandırıb: “Yan Fleminq (məşhur casus xarakter Ceyms Bond haqqında silsilə əsərlərin müəllifi) bunların yanında toya getməlidir”.