azia.az
azia.az

İCRA BAŞÇISI SÜRÜCÜNÜ təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edib-QAXDA...

Bu gün, 14:49

Sürücüsünü özü ilə apardı, köhnəni başqa vəzifəyə keçirdi

Qax Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı rayonun yeni icra başçısı Elvin Paşayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kamran Orucov sürücü vəzifəsindən azad olunub və o, indiyədək vakant olan Təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilib.

Digər bir əmrlə isə sürücü vəzifəsinə Səxavət Əhədov təyinat alıb. O, bundan əvvəl də E.Paşayevin Göygöl Rayon İcra Hakimiyyətində sürücüsü olub.

Xatırladaq ki, Elvin Paşayev noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi