azia.az
azia.az

Deputatın rəis qardaşının həbs xəbəri YALAN ÇIXDI: Həbs xəbəri sifarişin kim verib?

1-07-2017, 11:08

Deputatın rəis qardaşının həbs xəbəri YALAN ÇIXDI: Həbs xəbəri sifarişin kim verib?


Müsavat.com-da AP-ın Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızının (Həsənova) qardaşı Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənovun həbs olunması ilə bağlı xəbərlər yayılıb. CNNBaku adıçəkilən məsələni araşdırıb. Məlum olub ki, yayılan xəbərlər heç bir həqiqəti əks etdirmir və kiminsə sifarişi əsasında mətbuata ötürülən dez-informasiyadır. Beləki, etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənovun evində və maşınında axtarış aparılması, onun saxlanılması şaiyədir. Adıçəkilən xəbərlə bağlı Dövlət Gömrük Komitəsindən də onlarda belə bir məlumatın olmadığını bildirdilər. Yayılan digər məlumatda əməliyyatın DTX tərəfindən keçirildiyi iddia olunur. Lakin KİV-ə DTX-dan belə bir məlumatın daxil olmadığı dəqiqləşib.

İndi ortaya belə bir sual çıxır? Bu dez-informasiya kimin sifarişi ilə ötürülüb? Hər halda əminliklə söyləmək olar ki, hüquq mühafizə orqanları da bu məsələ ilə bağlı araşdırmaya başlayacaq. Bir kəsin haqqında onun şərəf və ləyaqətinə xərər gətirən, heç bir əsası olmayan xəbərin yayılması cinayət məsuliyyəti deməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi