Ərdoğan və Trampın 45 Dəqiqəlik Görüşünün Detalları açıqlandı
azia.az bildirir ki, Prezident Ərdoğan ilə ABŞ Prezidenti Tramp telefonda görüşüb. Görüş sonrası ilk açıqlama Ağ Evdən gəlib. Ağ Evdən verilən açıqlamada Ərdoğan-Tramp görüşündə Qətər böhranının həllinin müzakirə olunduğu bildirilib.
Qeyd edək ki,Qətər böhranı məsələsində Amerika Xarici İşlər Naziri Reks Tillerson daha mülayim və dialoqa doğru mesajlar versə də Donald Tramp xüsusilə sosial mediadan verdiyi mesajlarda Qətəri günahlandıran ifadələr işlətmişdi.
Xatırladaq ki, İki lider, May ayında Vaşinqtonda Ağ Evdə görüşmüşdü.
Nargül Qələndərli