Habil Vəliyevin etdiyi aydın görünürdü… Sən isə stolun altından boylanırsan!
Deyirəm, zamanın gərdişinə bax…
Vaxtilə, “Norveç evi”nə az qala yorğan-döşəklə gedən, quyruğu qapı arasında qalan kimi, səfirliklərdən sığınacaq istəyənlər, indi saytındakı KİVDF bannerinə söykənib ağzına gələni yazır… Kənardan baxanlar da deyir ki, bəs “kişi” saçını mətbuatda ağardıb, bir bildiyi varmı, belə boş-boş danışır.
Amma çox adam incəliyinə varmır, “ağartmaq” deyəndə, söhbət hansı “ağartı”dan gedir.
Böhtanlarına görə cavab alanda, özünü həyasızlığa qoyub, “üzdəniraq” sözünü ağzına alan 25 ilin jurnalisti də, çox güman ki, elə öz çevrəsində gördüklərindən cuşa gəlibdir. Necə deyərlər, aşıq gördüyünü çalar.
1990-lardakı müxalif mətbuatın yazı tərzi, informasiya siyasəti barədə çox danışmağa ehtiyac yoxdur.
Manşetdə “partlayış” xatirinə nazirin birini “atdan düşürən”, o birini “dağa qaldıran”lar özləriylə o dövrün “ağartı”sını 2017-ci ilə gətiriblər.
Bu “sezon” Kəmaləddin Heydərova “quyruq bula”, Ziya Məmmədovu “baltala”. Gələn ay da Ziya Məmmədova “dirək dur”, Kəmaləddin Heydərovun üstünə “tankla get”… Bax, budur “ağsaqqal”ın cızmaqaralarındakı “ağartı fəlsəfəsi”.
Müxalif jurnalistlərin bir vaxtlar dilindən düşməyən bir zarafat vardı: “Artur Rəsizadəni işdən çıxarmışam, yerinə kimi qoyum, bilmirəm”.
Bu zarafat o dövrün müxalifət jurnalistikasını və “hakimiyyət dəhlizlərindən əldə edilən” dezinformasiyalarla bol günləri gözəl xarakterizə edir.
Azər Hüseynbala da, çox güman ki, 2017-ci ildə həmin günlərin havasını yaşayır. Deyir, işə adam düzəltmək istəyirlər… Sonra deyir, obyektlərə girib pul istəyirlər… Şablon və rabitəsiz söz yığını. Nədi-nədi, araya Qafqaznews.az-ın adını sala bilsin. Oxuyan da desin ki, bəs “ağartısaqqal kişi” reketlərdən yazıb.
Aynur Elgünəş demişkən, nazirliklərdən pres-relizə görə aylıq pul alan agentliklərə bata bilmirmi?
Bu arada, cəmi üç gündür fəaliyyətə başlayan, “com” domeniylə açılmış bir sayt var. Nədənsə, bu sayt durmadan təhqir edir, reket adlandırır…
Amma “anonim müəllif” usanmadan Azər Hüseynbalanı və Hüseynqulu Bağırovu tərifləyir, “həmkarımızı reketlərdən qoruyaq” deyə şivən qoparır.
Özü xarici domenlə, “inkoqnito” fəaliyyətlə gündəmə “soxulan” bu saytda palaz boyda başqa bir yazı da dərc olunur, cəmiyyətə “kölgə mətbuatla mübarizə aparın” çağırışı edilir.
Yurdu-yuvası bilinməyən, ata-anası naməlum sayt, anonim müəllif və “kölgə mətbuatıyla mübarizə”…
Bərəkəllah qanıb-qandırdığına…
Həyasızlığa bax! Ay “ağartısaqqal”!
Bu 25 ildə özünə 3-5 dost qazanmadın ki, hələ yeri-yurdu naməlum bir sayt da açmısan, özünü təriflədirsən?! Əcəb “bəy tərifidir”.
Habil Vəliyevdən söz açırsan, amma ona həsədlə baxdığın, görəndə qabağına qaçdığın vaxtlar da olub axı… Etiraf elə.
Sadəcə, Habil hündürboyludur, oturduğu stolda etdiyi aydın görünürdü… Sən isə stolun altından boylanırsan.
Hüseynqulu Bağırovla hansı qərəzimiz, məqsədimiz ola bilərdi? Yaxud, Hüseynqulu Bağırovdan nəsə istəmiş olsaydıq, “o boydana” nazir özü şikayət edə bilməzdimi? Necə oldu ki, “o boydana” nazir “ağartısaqqal”, dınqılıboy birinin ümidinə qaldı?
Demək, məsələ başqadır.
Qafqaznews.az onlarla, yüzlərlə vətəndaşın problemini həll edib və edir. O şəxslər hələ də bizimlə münasibət saxlayır və yada salırlar… Baxın, dediyiniz “böyük şəbəkə” də elə bizim oxuculardır.
Bəli, inkar etmirik, bizim böyük şəbəkəmiz var: oxucular, dostlar, məmur özbaşınalığından təngə gələn vətəndaşlar… Onlar bizə müraciət edirlər. Hətta meşə idarələrindəki özbaşınalıqlarla bağlı da çoxsaylı məlumatlar veriblər.
Sadəcə, oxu atıb yayı gizlədən Azər Hüseynbaladan fərqli olaraq, biz bu məlumatları araşdırır, süzgəcdən keçiririk.
Əgər “dezo” ilə ictimai rəy yaratmağa qalxsaq, sənin haqqında elə şeylər yazmaq olar ki, gəl, görəsən.
Uinston Çörçill demişkən:
“Həqiqət yuxudan durub şalvarını geyinənə qədər, yalan dünyanın yarısını dolaşır”.
İndi… De görüm, ay ağartısaqqal jurnalist, sənin təbirincə reketlik “inkoqnito” sayt yaradıb kiməsə ləkə yaxmaqdır… yoxsa, rəhbərliyi, adı, ünvanı, telefonu məlum olan xəbər agentliyi yaradaraq, məsuliyyətsiz məmurları ifşa eləmək?
Əgər fəaliyyətimiz reketlikdirsə, o zaman dünya tarixində iz salan “Uoterqeyt” qalmaqalı da reketlikdir. Deyilmi, ay ağartısaqqal?!
Sonda: Vaxtilə, “Norveç evi”ndə “liliput gəldi”, “liliput getdi” kimi yada salınan “qələm tutanlar”ı KİVDF-də nə deyib qarşılayırlar?
Yoxsa, “liliput”un köhnə badə dostları orda da lövbər salıblar?
Legion İnformasiya Agentliyinin baş direktoru Araz Məmmədov