Qəbələ rayonunda, kənd və qəsəbələrində fəaliyyət göstərən bir çox iaşə obyektlərində- kafe və marketlərdə göstərilən xidmətin və yaxud da satılan məhsulun dəyərinin ödənilməsi zamanı nəzarət-kassa aparatlarından istifadə edilmir və bir çox obyektlərdə ümumiyyətcə belə aparatlar yoxdur. Bu hal öz növbəsində istehlakçı hüquqlarının kobud surətdə pozulmasına səbəb olur. Məsələyə aydınlıq gətirmək üçün 10 saylı ərazi vergilər idarəsinə şifahi sorğu ilə müraciət etsəm də idarədə sorğumu cavablandıran olmadı. Odur ki, 10-saylı ərazi vergilər idarəsinin rəhbəri cənab Cavid Kəngərliyə üzümü tutaraq soruşmaq istəyirəm ki, cənab Kəngərli məgər sizin bu haqda məlumatınız yoxdurmu? Ancaq mən tam məsuliyyətimlə deyə bilərəm ki, sizin məlumatınız olmasa da rəhbərliyiniz altında çalışan isşçiləriniz bu mexanizmi özləri qurublar. Onlara susqun istehlakçıların hüquqlarını qorumaq deyil, əksinə öz maddi mənafeləri naminə bu ve ya bu kimi digər pozuntulara yol vermək daha elverişlidir. Umidvaram ki, bu yazını oxuduqdan sonra cənab Kəngərli lazımi tədbirlərin həyata keçirilməsi məqsədilə araşdırma apararaq tədbir görəcəkdir.
Elnur Mahmudov
Qəbələ Regional Bürosunun Rəhbəri