Madrid məhkəməsi Maria Pilar Abel Martinezin iddiasına əsasən atalığın müəyyənləşdirilməsi ilə əlaqədar məşhur rəssam Salvador Dalinin meyitinin qalıqlarının eksqumasiyası barədə qərar verib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Maria Pilar Abel Martinez Salvador Dalinin qızı olduğunu iddia edir.
Məhkəmə iddiaya əsasən atalıqla bağlı bioloji testin keçirilməsinə qərar verib.
Qeyd edək ki, 1904-1989-cu illərdə yaşayan S.Dali sürrealizm cərəyanının məşhur nümayəndələrindən biridir. O, yüzlərlə rəsm əsəri, kitablar üçün illüstrasiyaların, heykəllərin müəllifidir.