İSFƏNDİYAR AXUNDOVDAN TƏCİLİ AÇIQLAMA
"Yayılan xəbərlər tamamilə yalandır, oğlum həbs olunmayıb".
Bunu açıqlamasında iş adamı İsfəndiyar Axundov deyib. O bildirib ki, yazılanlar qərəzli xəbərlərdir:
"Adamdan bir soruşarlar, adamın mədəniyyəti olar. Bunu yazanın bir balaca vicdanı varm? Boş-boş yazıb orada özünü reklam etməyin nə mənası var. Bu boyda yalan olmaz. Jurnalistlərə çox böyük hörmətim var, təəssüf ki, belələri də var, zəng edib soruşmur. Gecəylə götürüb verib. Tamamilə yalandır. İt hürər, karvan keçər. Onsuz da deyənlər çoxdur, qoy biri də bu olsun".
Qeyd edək ki, mediada Şərurlu İsfəndiyar ləqəbli iş adamı İsfəndiyar Axundovun oğlu Şahin Axundov həbs xəbəri yayılmışdı. Ajans.az