Arif müəllimə tövsiyə edərdim, təkcə Gəncədə rusların qırdığı azərbaycanlıların sayını oxuyub öyrənsin, görsün Cavad xanla müharibədə ruslar nə qədər adam qırıb, Demokratik Cümhuriyyəti yıxandan sonra Gəncədə nə qədər adam qırıblar. Bunları oxusun, sonra ruslara alqış desin!
Asiya.info xəbər verir ki, bu sözləri millət vəkili Arif Rəhimzadənin mətbuata verdiyi qalmaqallı müsahibəsinə münasibət bildirərkən türk dünyasında tanınmış şəxsiyyət, Ön Asiya türkçülüyünün yaradıcısı, türkoloq, filologioya elmləri doktoru, professor, əvvəllər Baş nazirin müavini işləmiş, Azərbaycan Respublikasının ilk təhsil naziri Firudin Cəlilov deyib.
Xatırladaq ki, millət vəkili Arif Rəhimzadə mətbuata verdiyi müsahibədə Rusiyanın Azərbaycan üçün önəmi ilə bağlı qəribə fikirlər səsləndirib. Azərbaycan xalqı və dövlətinin formalaşmasında Rusiyanın böyük rol oynadığını vurğulayıb.