azia.az
azia.az

İndi desinlər bilək ki, Azərbaycan dövlətini Rusiya yaradıb, yoxsa H.Əliyev?

27-09-2017, 15:41

İndi desinlər bilək ki, Azərbaycan dövlətini Rusiya yaradıb, yoxsa H.Əliyev?


Millət vəkili Arif Rəhimzadə mətbuata verdiyi müsahibədə Rusiyanın Azərbaycan üçün önəmi ilə bağlı maraqlı fikirlər səsləndirib. Nə qədər qəribə olsa da, millət vəkili Azərbaycan xalqı və dövlətinin formalaşmasında Rusiyanın böyük rol oynadığını vurğulayıb.
Maraqlıdır, Azərbaycana 300 illik əsarət yaşadan, Məmməd Əmin Rəsulzadənin qurduğu Cümhuriyyəti devirən, Azərbaycana Qarabağ boyda problem “hədiyyə edən” Rusiya doğrudanmı xalqımızın və dövlətimizin formalaşmasında böyük rol oynayıb? Millət vəkilinin Xocalı qətliamında bilavasitə iştirak edən Rusiya adlı qatili az qala xilaskar kimi təqdim etməsi nədən xəbər verir?
azia.az bildirir ki, Moderator.az - a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu A.Rəhimzadənin səsləndirdiyi fikirlərin tamamilə əsassız olduğunu vurğulayıb:
“A.Rəhimzadənin açıqlamaına öncə YAP reaksiya verməlidir. Çünki onlar Heydər Əliyevi müstəqil Azərbaycanın banisi hesab edirlər. A.Rəhimzadə isə açıq şəkildə deyir ki, Azərbaycan dövlətini Rusiya yaradıb.
Bu adamın danışığında heç bir məntiq yoxdur. Əgər Rusiya imperiyadırsa, Azərbaycan imperiyanın tərkibindədirsə, keçmiş SSRİ çox böyük hərəkat nəticəsində dağılıbsa, Rusiya necə Azərbaycan dövlətini yarada bilər? Bu gün özünün keçmiş əraziləri hesab etdiyi respublikaların heç birinə suveren siyasət aparmağa imkan verməyən, onları basqı altında saxlayan Rusiya Azərbaycan dövlətini necə yarada bilər? Ukrayna müstəqil bir addım atdı, hansı ki, hər bir dövlət müstəqil xarici siyasət apara bilər. Dərhal Ukrayna ərazisini işğal etdi. Gürcüstan müstəqil bir addım atmaq istədi, onun da ərazilərini işğal etdi. Azərbaycan ərazilərini də Rusiya işğal altında saxlayır. A.Rəhimzadənin deməyindən belə çıxır ki, Azərbaycanın Rusiya tərəfindən işğalı Azərbaycan dövlətinin yaradılması deməkdir.
Rusiya heç vaxt Azərbycan dövlətinin yaranmasında maraqlı olmayıb. Son 300 ildə Azərbaycanın bir dövlət kimi sıradan çıxmasında Rusiyanın fövqəladə xidmətləri mövcuddur. Rusiya Azərbaycan dövlətinin varlığı ilə barışmayıb və heç vaxt da barışmayacaq. A.Rəhimadənin dedikləri əslində yenidən Azərbaycan üzərində Rusiyanın təsirini bərpa etmək cəhdindən başqa bir şey deyil. Azərbaycana hücum edən, onu əsarətdə saxlayan, yeraltı-yerüstü sərvətlərini istismar edən, 1920-ci ildə, 1937-ci ildə, sonrakı dönəmlərdə minlərlə ziyalımızı genosidə məruz qoyan, Azərbaycan torpaqlarının yarısını özünə götürüb, yarısını Gürcüstana verən, yarısında isə Ermənistan dövləti yaradan Rusiyanın Azərbaycan dövlətinin yaradılmasında necə xidməti ola bilər?
A.Rəhimzadənin nəinki Mili Məclisdə təmsil olunmasına, Azərbaycan vətəndaşı adı daşımasına mənəvi haqqı yoxdur. Gərək İlham Əliyev bu məsələyə münasibət bildirə. Onlar bir tərəfdən deyirlər ki, Azərbaycan dövltəçiliyi H.Əliyevin adı ilə bağlıdır. A.Rəhimzadə isə iddia edir ki, bu, Rusiyanın işidir. İndi desinlər bilək ki, Azərbaycan dövlətini Rusiya yaradıb, yoxsa H.Əliyev?
Bu qədər məsuliyyətsiz, bu qədər xalqa zidd mövqe tutan şəxsin parlamentdə təmsil olunması təəssüf doğurur. Bu gün parlamentdə müstəqillik, istiqlal tərəfdarı olan şəxslərin sayı barmaqla göstəriləcək qədərdir. Onların da səsi çıxmır. A.Rəhimzadə kimi adamlar isə gündə bir fikir səsləndirir. O, bundan öncə də belə bir fikir bildirmişdi ki, “biz türk deyilik”. Sonra isə dedi ki, məni düz başa düşməyiblər və s. A.Rəhimzadə faktiki olaraq Azərbaycan dövlətinin əleyhinə iş aparır və kimsə reaksiya verən kimi dərhal sözünün təhrif edildiyini bildirir. Lakin onun bugünkü açıqlaması göstərir ki, onun “biz türk deyilik” fikri ilə bugünkü fikirləri eyni siyasi xəttin və təbliğatın davamıdır.
Hesab edirəm ki, parlament sədri də bu adamın fəaliyyəti ilə bağlı ciddi qərarlar qəbul etməlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi