azia.az
azia.az

Tarix İnstitutunun direktor müavini: bu cür təqdimatların aparılması böhtandan başqa bir şey deyil

11-06-2017, 11:58

Tarix İnstitutunun direktor müavini:  bu cür təqdimatların aparılması böhtandan başqa bir şey deyil


Son vaxtlar sosial şəbəkələrdə yayılan informasiya və şəkillərlə vaxtilə İran şahı Nəsrəddin şah Qacarın hərəmxanasında bığlı- saqqallı qadınların olduğu sübut etməyə çalışılır. Qadın görkəmində kişi sifətli qadınların eybəcər şəkildə təqdim olunması bütövlükdə Şərq qadınına qarşı yönəlib.

Hətta, bir az da irəli gedilərək, həmin qadınların azərbaycanlı olması versiyası yanlış olaraq Azərbaycan oxucularına təqdim olunur.

Bığlı, saqqalı qadınları lağlağı obyektinə çevirərək Azərbaycan qadınlarının keçmişdəki görkəmini ələ salırlar.

Bu cür informasiyaların yayılması kimə və nəyə xidmət edir?

AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov Modern.az-a açıqlamasında mövzuya aydınlıq gətirib.

“Azərbaycan qadınları adı ilə belə təqdimatların edilməsinin kökü Qərbdən gəlir. Bu, qondarma gender problemi və insan haqlarının qorunması adı altında müxtəlif bəhanələrlə Qərbin çox gizli təcavüzünün nəticəsidir. Bu cür xəbərləri oxuyanda çox böyük təlaş və həyəcan keçirirəm. Azərbaycan tarixinə dair olan məsələlərinə, onun mədəniyyət, incəsənət teatr tarixinə baxsaq, görərik ki, orada ilk növbədə Azərbaycan xanımının gözəlliyi, ailəsinə, vətəninə, övladına olan sədaqəti hər zaman ön planda olub. Bununla bağlı çox saylı əsərlər var. Əgər elə olmasaydı, min il bundan əvvəl yaşayan böyük Nizaminin əsərlərinin qadın obazları gözəlliyi ilə seçilməzdi. Ağa Məhəmməd Şah Qacarın anası Ceyran xanım haqqında fransız yazıçısı Jan Kevrenin öz əsərində təqdimatı var. Əsərdə Ceyran xanımın gözəlliyi, cəsarəti adamı heyran edir”.

Cəbi Bəhrəmov deyir ki, bu cür təqdimatların aparılması böhtandan başqa bir şey deyil.

“Bunlar çürümüş, əxlaqı, mənəviyyatı pozulmuş Qərbin müdaxiləsinin nəticəsidir. Dünya xəritəsində Azərbaycan kimi ikinci bir ölkə tapa bilməzsiz ki, ərazisi neçə yerə parçalanmasın. Bu dövlətə düşmən kəsilənlərə qarşı 99 il əvvəl dövlət yaratmaqla cavab verilib. Onlar öz təcavüzlərini ört-basdır etmək üçün belə çirkin işlərə əl atırlar.

Qadınlarımızın bığlı, saqqallı kimi təqdim olunması böhtandan başqa bir şey deyil. Bizə sırınan yamaqları həqiqət kimi qəbul etmək olmaz”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi