İran İslam Respublikasının parlamentində silahlı terrorçularla qarşıdurma anları sosial mediada bölüşdürülüb.
azia.az bildirir ki, İran səhər saatlarından etibarən hücuma məruz qalıb. Parlamentdə başlayan toqquşma ardından təcavüzkarlar 4 nəfəri girov götürdülər. Təcavüzkarlardan biri parlamentin içində özünü partladıb. Təcavüzkarlarla polis qüvvələri arasındakı atışmadan çəkilmiş görüntülər sosial mediada bölüşdürülüb.
Vüsalə Qələndərli