“Yaxın Şərq(Orta Doğu), müsəlman dünyasında gərginlik daha da artır. ABŞ prezidenti Trampın ayağı bölgəyə dəyər-dəyməz gərginlik daha da böyüməyə başladı”.
Bunu millət vəkili Qənirə Paşayeva deyib.
ganira_pashayeva_180215_1
O, qeyd edib ki, artıq Köhfəz ölkələri daxil olmaqla, 7 ölkə Qatarla diplomatik əlaqələri kəsib.
“Maraqlı hadisələr baş verir, amma hamısı da müsəlman dünyası üçün yaxşı heç nə vəd etmir.
Allah ölkəmizi və bütüm müsəlmanları, insanlığı qorusun!”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.
Gununsesi.info