Ötən gecə Çempionlar Liqasında 2016/17 mövsümünün finalı baş tutub.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, final oyunu zamanı Ronaldonun qol vurmasından sonra çaxnaşma düşüb. Şahidlkərdən birinin sözlərinə görə azyaşlıladan biri petarda partladıb. Nəticədə insanlar ekrana doğru sıxlaşmağa başlayıblar. İnsanlar qaçaraq, bir-birini itələməyə başlayıb.
1500-dən çox azarkeş yaralanıb. Həkimlərin sözlərinə görə onlardan üçünün vəziyyəti ağırdır. Bir qadın reanimasiyaya yerləşdirilib, azyaşlılardan biri isə ağır kələ-beyin travması alıb.
Hazırda hüquq-mühafizə orqanları video-yazılar vasitəsilə baş verən hadisənin səbəblərini araşdırır. Ehtimallara görə insanlar baş verə biləcək terror aktından hürküblər.