Ərdoğan İraq Kürdüstanı regionunun Baş nazirini qəbul etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İraq Kürdüstanı regionunun Baş naziri Məsrur Bərzanini qəbul edib.
Xəbər verilir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib. Görüş prezident iqamətgahında baş tutub.