azia.az
azia.az

Rəsulzadə və Elçibəyə “ilişən” deputata cavab: ““5-ci kolon”a yarınır”

22-05-2017, 17:24

Rəsulzadə və Elçibəyə “ilişən” deputata cavab: ““5-ci kolon”a yarınır”


"Araz Əlizadənin vaxtaşırı verdiyi mənasız müsahibələrdə məhz bu mövzulara ilişməsi təsadüfi sayıla bilməz.Onu Rusiyanın "5-ci kolon”u Milli Məclisə oturdub və nökərçilik etdiyi qüvvələrə yarınmaq üçün azərbaycanlıların dəyərlərinə toxunur”.

Bu fikirləri AĞ partiyanın sədri Tural Abbaslı BakiPost.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin Rəsulzadə və Elçibəy haqda sözlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, A.Əlizadə yaxasındakı üçrəngli bayrağa baxsın və Rəsulzadənin nə yarada bildiyini xatırlasın:
"Bu adamın işi-peşəsi hər müsahibədə xalqın dəyərlərinə zərbə vurmaqdır. Elçibəyçilik, türkçülük, millətçilik, Rəsulzadə irsi və s. mövzular gələndə Araz Əlizadə özünü yaddan çıxarır və vətəndaşları birləşdirən ideologiyaya düşmənçilik etməyə başlayır.

Daha doğrusu, sifariş yerinə yetirir. Rəsulzadə nə edibsə yaxasındakı üçrəngli bayrağa baxsın və bilsin ki, onun kölgəsində yaşayır, dolanır”.

T.Abbaslı qeyd edib ki, Elçibəy A.Əlizadənin köləlik etdiyi Rusiyanın işğalından azad olmaq üçün mübarizə aparıb: "Onun bu çıxışı həm də hakimiyyət içində Qərbmeyilli qüvvələrlə ruspərəstlərin qarşıdurmasıdır. Bu adam isə insanların ürəyini bulandırmağa çalışır. Belə qeyri-ciddi adamların hər dediyinə fikir vermək lazım deyil”.

Qeyd edək ki, ASDP sədri "ölkə.az”-a müsahibəsində Rəsulzadə və Elçibəyi yenə ilişib. A.Əlizadə deyib ki, Əbülfəz Elçibəy saxta seçkilərlə prezident olmuşdu:

"Həmin vaxtı seçkilərdə rəhmətlik Nizami Süleymanov qalib gəlmişdi. Yadıma gəlir, onun prezident seçiləcəyini heç kəs gözləmirdi.
Nizami Süleymanovun seçkilərdə uduzduğunu eşidəndə birtəhər olmuşdum. Amma təbii ki, Nizami Süleymanov prezident olmağa Əbülfəz Elçibəydən daha layiqli idi”.

ASDP sədri bildirib ki, Heydər Əliyevlə Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy arasında müqayisə aparmaq qeyri-ciddilikdir:

"Məhəmməd Əmin Rəsulzadəni Heydər Əliyevlə bu cür müqayisə etmək olmaz. Bu, doğru deyil. Hərənin tarixdə öz yeri var. Heç kəs heç kim yerini tutmur.
Bunları müqayisə edən şəxslərin özləri səfehdirlər. Ancaq Azərbaycan tarixində Heydər Əliyevin müstəsna rolu və yeri var. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan üçün nə edib, nə yarada bilib? Heç nə!
Amma Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaradıb. Yenə də deyirəm ki, mən bu şəxsləri müqayisə etmirəm. Çünki zaman və məkan tamam ayrı-ayrıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi