"REAL partiyası seçkilər elan edilən gündən rəsmi namizədliyini irəli sürüb. Hətta həmin günün səhəri sənədlərini MSK-ya təqdim edib".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli Növbədənkənar Parlament seçkilərindən danışarkən deyib.
N. Cəfərli bildirib ki, özü və REAL Partiyasının 13 üzvü seçkilərdə namizəd olacaq:
"13 namizədlə parlament seçkilərində iştirak edəcəyik. 13-nün də qalib gəlmə şansının yüksək olduğu namizədlərlə iştirak edirik. Təklif var idi ki, 50-60 namizədlə iştirak edək, amma bu rasional deyil. Maddi və insan resurslarının qalib gəlmək şansının çox yüksək olduğu namizədlər üzərində fokuslanmaq istədik və bu da 13 namizədlə iştirak etməyimizin daha məntiqli olduğunun qənaətinə gəldik. Artıq imza toplama kampaniyası başlayıb. REAL Partiyasının rəsmi nümayəndələri MSK-dan qeydiyyatdan keçib.
Partiya üzvü seçkilərdə hansı seçki dairəsindən təmsil olunacağını da açıqlayıb:
"Mən 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Demək olar ki, 30-35 faiz imzalarım da toplanılıb. Erkin Qədirli deputat olduğu 16 saylı Yasamal seçki dairəsindən namizədliyini irəli sürüb. Orada artıq imza toplama kampaniyası yekunlaşmaq üzrədir. İlqar Məmmədov 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizədliyini irəli sürüb".
Mikayıl Mirzəzadə