SƏFİR iqamətgahında ölü tapıldı-MÜHARİBƏ RİSKİ YARADAN DƏHŞƏTLİ OLAY
Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Jan-Fransua Pakte Kolombodakı iqamətgahında ölü tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurum fransız diplomatın ölüm səbəbini açıqlamayıb.
Eyni zamanda “The Daily Mirror” qəzeti 53 yaşlı səfirin ölüm səbəbinin infarkt olduğunu bildirib.