Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keys Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə məlumatı TASS yayıb.
Məlumata görə, səfirin Rusiya XİN-ə çağırılmasının səbəbi açıqlanmır.
Bildirilib ki, mayın 2-də “Reuters” Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla müsahibəsini dərc edib. Nazir həmin söhbətdə Ukraynanın Britaniya silahları ilə Rusiya ərazisindəki hədəflərə zərbə endirmək hüququna malik olduğunu vurğulayıb.

“Azərbaycan Biznes Keys Yarışması”nın iştirakçıları Azercell-də
Xalça oğurluğunda ittiham olunan səfirin Nyu-Yorkda mənzili üzə çıxdı - FOTO
