azia.az
azia.az

Türkiyə üçün ağır gün - 2 əsgər şəhid oldu, 11-i yaralandı

11-05-2017, 18:22

Türkiyə üçün ağır gün - 2 əsgər şəhid oldu, 11-i yaralandı


Türkiyənin Ağrı şəhərinin Doğubayazıt vilayətinin Tendürek dağında PKK terror təşkilatına qarşı aparılan əməliyyat çərçivəsində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma olub.

“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 əsgər şəhid olub, 11 əsgər yaralanıb, eləcə də 5 terrorçu ölüb.

Bölgədə hava dəstəkli əməliyyat başlayıb. Yaralı əsgərlərin xəstəxanalara aparılması üçün əraziyə təcili tibbi yardım avtomobilləri və helikopterlər cəlb olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi