azia.az
azia.az

Amerikalı polkovnikdən ŞOK AÇIQLAMA - Bu ölkələr İsrailə qarşı birləşəcək

28-10-2023, 10:48

İsrailin Qəzza zolağında quru əməliyyatı yəhudi dövlətinə qarşı böyük beynəlxalq koalisiyanın yaradılması ilə nəticələnəcək.

Xəbər verilir ki, müvafiq bəyanatla Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor çıxış edib.

"İsrail ordusu Qəzzada quru əməliyyatına başlasa, İndoneziyadan Mərakeşə qədər hamı İsrailə qarşı hərbi ittifaq yaradacaq", - deyə o "X" sosial şəbəkəsində yazıb.

Makqreqor xüsusilə NATO üzvü olan Türkiyənin bu koalisiyaya daxil olmasından narahat olub.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Buna cavab olaraq İsrail “Dəmir Qılınclar” əməliyyatına başlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi