Wattsap nömrəmizə vətəndaşın göndərdiyi video dayanacaqlarla bağlı məsələni yenidən gündəmə gətirməyimizə səbəb oldu. Daha doğrusu yarasız hala salınmış dayanacaqlar məsələsini. Əməkdaşlarımızın 15-20 dəqiqə ərzində küçələri gəzməsi bəs edib ki, hətta eyni küçədə 3-4 şüşələri sındırılmış dayanacaqla qarşılaşaq.Axar.az xəbər verir ki, dayanacaqların şüşələri sındırılıb, ətrafında isə yöndəmsiz yazılar, elanlar yerləşdirilib. Bu görüntüləri bir vətəndaş Xəzər Xəbər-in Votsap nömrəsinə göndərib. Apardığımız kiçik bir araşdırma nəticəsində məlum oldu ki, bu heç də paytaxtda belə vəziyyətdə olan yeganə dayanacaq deyil.
Hətta eyni küçədə 3-4 yararsız halda olan dayanacaqla qarşılaşaq.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, dayanacaqlarla bağlı məsələ hələlik tam olaraq onların ixtiyarına verilməyib. Hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə Agentlik arasında təhvil-təslim prosesi gedir. Proses bitəndən sonra Bakıdakı bütün dayanacaqlarda təmi-bərpa işləri aparılacaq.